KAMRANLA 1 – TƏCİLİ: Rus ordusu Ukraynada hücumu dayandırdı – səbəblər
Müəyyən hərbi əməliyyatların aparıldığı ərazilərdə, xüsusən də Donetsk vilayətində ruslar hücum əməliyyatlarını müvəqqəti dayandırmaq üçün ali rəhbərlikdən əmr alıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Bu cür qərarların qəbul edilməsinin əsas səbəbi əlavə qüvvələrin mənəvi-psixoloji vəziyyətinin son dərəcə aşağı olması, səfərbər olunmuşlar arasında çoxsaylı fərarilik faktları və döyüş əmrlərinə əməl edilməməsidir”, - məlumatda deyilir.
İranda polis nəzarət-buraxılış məntəqələri yandırılıb–Kamran Həsənli ilə Əjdər Tağızadə CANLIda
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
İranda bir neçə gündür davam edən etiraz aksiyaları səngimir.  Aksiyaçılar dini hökumətə qarşı şüarlar səsləndirir və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir. İsfahanda qeydə alınmış görüntülərin birində isə etirazçıların polis nəzarət-buraxılış məntəqəsini yandırması əks olunub.
Xatırladaq ki, etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini adlı qızın "əxlaq polisi" tərəfindən hicab bəhanəsi ilə döyülərək öldürülməsidir.
İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.
APA-nın Tehran bürosu xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.
İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.
Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsinin yandırıb.
Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.
Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb.
İranda yol qəzasında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB İranın Kirman əyalətində zəlzələ baş verib İran Mərkəzi Bankının saytı sıradan çıxıb.
İrandakı proseslər nədən xəbər verir və nə vəd edir? Bundan sonra nələr olacaq?
Bu və gündəmdəki digər xəbərləri bu gün Kamranla 1 verilişində aparıcı Kamran Həsənli güneyli fəal Əjdər Tağızadə ilə müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Putin-Zelenski görüşü ilə bağlı şərtlər açıqlandı – Kamran Həsənli və Sevinc Telmanqızı CANLIda
"Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşdən əvvəl imzalanacaq sazişlərin təməlini qurmaq lazımdır, lakin bu məsələ hələ ki, müzakirə edilmir".
Bunu “İzvestiya”ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli, ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur” - deyə, o bildirib.
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya Donbasda "dünya şeytanı" ilə mübarizə apararkən onun vəzifəsini tərk etmək haqqı yoxdur və "müddətsiz məzuniyyət"ə getmək fikrindən vaz keçib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, teleqram kanalında danışıb.
"Ölkəmiz Donbasda qlobal satanizmlə mübarizə apardığı bu həlledici məqamda nə regional hakimiyyət orqanları, nə də bütün rütbələrdəki hərbi qulluqçular məzuniyyətə gedə bilər", - deyə Kadırov bildirib.
Ramzan Kadırov bütün ilini məzuniyyətsiz işləməyə hazır olduğunu və gələcəkdə Rusiya regionlarının liderləri arasında mövcud vəzifə müddəti rekordunu qırmaq istədiyini qeyd edib.
O, həmçinin Donetsk istiqamətindən əla informasiyalar gəldiyini və "daha bir neçə min əzmkar könüllü və elit döyüşçünün" artıq Donbasa göndərilmək üçün hazır olduğunu bildirib.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
Sülhməramlıların bütün postları Laçından götürüldü – Akif Nağı danışır
Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.
Hazırda Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.
Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Laçına çəkilən yeni yol, onun ətrafındakı proseslər, eləcə də sabah həm İrəvanda, həm də Xankəndində keçiriləcək tədbirlər ciddi müzakirə mövzusudur. Nələr baş verəcək? Necə cavab verməliyik?
“Kamranla 1” - TƏCİLİ: Əks-hücum əməliyyatı başladı – Kamran Həsənli ilə Sevinc Telmanqızı (CANLI)
Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılandan sonra Xankəndindən Ermənistana gedən yeni yolla bağlı müzakirələr gündəm mövzuya çevrilib.
Həm də bu məsələ ilə bağlı ən çox versiyaları erməni mənbələri ortaya atır. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir.
Erməni mediası iddia edir ki, Azərbaycan tərəfi yeni yola “dəhliz” statusunun verilməsi məsələsindən öncə üçtərəfli razılaşmada erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir.
Erməni tərəfinə görə, bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz” statusu müzakirə edilə bilər. Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir.
Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər.
Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək.
“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir.
Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir.
KAMRANLA 1 – Kamran Həsənli ilə Sevinc Telmanqızı - gündəmi müzakirəsi
“Daha yaxşı variant yoxdur” - Putin ya nüvə silahından istifadə edəcək ya da işğal etdiyi ərazilərdən geri çəkiləcək. Xərçəng xəstəliyindən əziyyət çəkən Rusiya Prezidenti Vladimir Putin iki çətin seçim qarşısında qalıb. O, ya cəbhədəki məğlubiyyətini etiraf edərək, taktiki nüvə silahından istifadə edəcək ya da işğal etdiyi Ukrayna ərazilərindən geri çəkiləcək.
“AzPolitika.info” Britaniya mediasına isinadla xəbər verir ki, bu barədə məşhur “General SVR” kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, cəbhədəki uğursuzluqlar fonunda çətin vəziyyətə düşən Putinin müharibə strategiyası tamamən alt-üst olub.
“General SVR” kanalı iddia edir ki, Putin təhlükəsizlik və müdafiə nümayəndələri ilə keçirdiyi son görüşdə taktiki nüvə silahından istifadə, müharibədə ikinci cəbhənin açılması həmçinin bir qismi işğal edilmiş - Xerson, Zaporojjye və Xarkov vilayətlərinin Ukraynaya geri qaytarılması kimi məsələləri müzakirə edib.
Qeyd olunur ki, Rusiya Ukraynadakı uğursuzluqlarını gizlətmək, diqqəti başqa bir nöqtəyə çəkmək üçün, etnik rusların çoxluq təşkil etdiyi Qazaxıstanda ikinci bir cəbhə aça bilər.
İşğal edilmiş ərazilərin Ukraynaya qaytarılmasına gəlincə, kanal bunu belə izah edib ki, yaxın aylarda Ukrayna ordusunun geniş miqyaslı əks-hücuma keçəcəyini bilən Putin və onun ətrafı daha ağır nəticələrlə qarşılaşmamaq üçün belə bir addım ata bilər.
Polkovnik Fəhmin Hacıyev Kiyevdən "KAMRANLA -1"-də! Ərdoğan Zelenskiyə nə gətirib? - CANLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.
Musavat.com xəbər verir ki, o, Lvov şəhərinə çatıb.
Ukrayna lideri Zelenski ilə görüşəcək.
Ərdoğanın heyətində BAYKAR-ın baş direktoru Haluk Bayraktarın da olması diqqət çəkib. Qeyd edək ki, PUA-lar müharibədə fəal rol oynadığından Bayraktar həm Zelenski, həm də Ukrayna xalqı tərəfindən sevilir.
Prezident Ərdoğanı səfərdə, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez, Milli Müdafiə Naziri Hulusi Akar, Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi, Ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Müdafiə Sənayesi sədri İsmail Dəmir, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və Baykar baş direktoru Haluk Bayraktar da müşayiət edir.
Bu görüşdən nələr gözlənilir? Ərdoğan bu barışa nail olacaqmı? Ermənilərin terroruna necə cavab veriləcək?
“Kamranla 1” - Kamran Həsənli ilə Mirmahmud Mirəlioğlunun gündəm müzakirəsi - CANLI
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentybarda keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomat məlumat verib.
Rusiya Xarici İşlər Nazirliyi isə Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.
“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, - o deyib. İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.
TVMusavat-ın canlı yayınında “Kamranla 1” proqramında aparıcı Kamran Həsənli Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə gündəmi müzakirə edir. Müzakirəyə tamaşaçılar da qatıla bilər.
2 aparıcının 1 vətəni! Kamran Həsənli ilə Sevinc Telmanqızı ÖLKƏ gündəmini müzakirə edirlər! CANLI
“Ukraynanın Odessa şəhərinə olan hücum bizi narahat etdi. Belə hücumlar təkrarlanmamalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.
“Ümid edirik ki, proseslər problemsiz davam edəcək. Biz də bunun üçün töhfəmizi verəcəyik. Bunu təkcə özümüz üçün yox, bütün dünya üçün edirik. Proseslərin problemsiz davam etməsi hər iki tərəfin xeyrinədir. Əks halda ciddi problemlər yarana bilər. Əgər proseslər uğurlu davam etsə, bəlkə də, bu, sülhə səbəb olacaq”, - o söyləyib.
Nazir bildirib ki, tərəflərin diplomatiya masası arxasna oturmaları üçün Türkiyənin təşəbbüsləri davam edəcək: "Nə Rusiya, nə Ukrayna masaya zəif formada oturmaq istəməz. Amma onların eyni gücdə olması da mümkünsüzdür. Təəssüf ki, müharibənin uzanmasını istəyənlər var. Hətta "Taxıl sazişinə"də mane olmaq istəyirdilər".
Kamranla 1 - Kamran Həsənli ilə Fəhmin Hacıyev gündəmi müzakirə edir
ABŞ HIMARS-ları cəbhədə dönüş yaratmaq üçün deyil, Rusiya hava hücumundan müdafiə sistemlərinin iş prinsiplərini öyrənmək üçün Ukraynaya ötürür.
Axar.az xəbər verir ki, bunu hərbi ekspert Aleksey Leonkov söyləyib.
“HİMARS raketləri əks batareya döyüşü üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli silahlardır, lakin hazırkı münaqişədə Ukrayna hava hücumundan müdafiə vasitələrimizin yerləşdirildiyi ərazilərdə mülki hədəfləri atəşə tutmaq üçün onlardan istifadə edir. HİMARS fəaliyyət göstərən zaman biz raketləri hava hücumundan müdafiə ilə ələ keçiririk. Sistemlər, Amerika peykləri Pentaqon üçün əvəzolunmaz məlumatlar alaraq kəşfiyyat zabitlərinin fəaliyyət prinsiplərini öyrənirlər”.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da Kamranla 1 verilişində aparıcı Kamran Həsənli hərbi ekspert Fəhmin Hacıyevlə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.