Videonun müddəti: 1:05:45 Baxış: 349 Əlavə edilib: 2022.08.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“Kamranla 1” - Kamran Həsənli ilə Mirmahmud Mirəlioğlunun gündəm müzakirəsi - CANLI

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentybarda keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomat məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyi isə Cənubi Qafqazdakı son proseslərə münasibət bildirib. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə danışıb.
“Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, - o deyib. İ.Neçaev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.

TVMusavat-ın canlı yayınında “Kamranla 1” proqramında aparıcı Kamran Həsənli Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə gündəmi müzakirə edir. Müzakirəyə tamaşaçılar da qatıla bilər.
Kateqoriyalar: Siyasət