Videonun müddəti: 47:42 Baxış: 301 Əlavə edilib: 2022.09.23
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İranda polis nəzarət-buraxılış məntəqələri yandırılıb–Kamran Həsənli ilə Əjdər Tağızadə CANLIda

Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat

ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat

İranda bir neçə gündür davam edən etiraz aksiyaları səngimir. Aksiyaçılar dini hökumətə qarşı şüarlar səsləndirir və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir. İsfahanda qeydə alınmış görüntülərin birində isə etirazçıların polis nəzarət-buraxılış məntəqəsini yandırması əks olunub.

Xatırladaq ki, etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini adlı qızın "əxlaq polisi" tərəfindən hicab bəhanəsi ilə döyülərək öldürülməsidir.

İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.

İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.

Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsinin yandırıb.

Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.

Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb.

İranda yol qəzasında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB İranın Kirman əyalətində zəlzələ baş verib İran Mərkəzi Bankının saytı sıradan çıxıb.

İrandakı proseslər nədən xəbər verir və nə vəd edir? Bundan sonra nələr olacaq?

Bu və gündəmdəki digər xəbərləri bu gün Kamranla 1 verilişində aparıcı Kamran Həsənli güneyli fəal Əjdər Tağızadə ilə müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: News & Politics
Mövzular: kamranla 1