Videonun müddəti: 58:31 Baxış: 338 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

KAMRANLA 1 – Kamran Həsənli ilə Sevinc Telmanqızı - gündəmi müzakirəsi

“Daha yaxşı variant yoxdur” - Putin ya nüvə silahından istifadə edəcək ya da işğal etdiyi ərazilərdən geri çəkiləcək. Xərçəng xəstəliyindən əziyyət çəkən Rusiya Prezidenti Vladimir Putin iki çətin seçim qarşısında qalıb. O, ya cəbhədəki məğlubiyyətini etiraf edərək, taktiki nüvə silahından istifadə edəcək ya da işğal etdiyi Ukrayna ərazilərindən geri çəkiləcək.

“AzPolitika.info” Britaniya mediasına isinadla xəbər verir ki, bu barədə məşhur “General SVR” kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, cəbhədəki uğursuzluqlar fonunda çətin vəziyyətə düşən Putinin müharibə strategiyası tamamən alt-üst olub.

“General SVR” kanalı iddia edir ki, Putin təhlükəsizlik və müdafiə nümayəndələri ilə keçirdiyi son görüşdə taktiki nüvə silahından istifadə, müharibədə ikinci cəbhənin açılması həmçinin bir qismi işğal edilmiş - Xerson, Zaporojjye və Xarkov vilayətlərinin Ukraynaya geri qaytarılması kimi məsələləri müzakirə edib.

Qeyd olunur ki, Rusiya Ukraynadakı uğursuzluqlarını gizlətmək, diqqəti başqa bir nöqtəyə çəkmək üçün, etnik rusların çoxluq təşkil etdiyi Qazaxıstanda ikinci bir cəbhə aça bilər.
İşğal edilmiş ərazilərin Ukraynaya qaytarılmasına gəlincə, kanal bunu belə izah edib ki, yaxın aylarda Ukrayna ordusunun geniş miqyaslı əks-hücuma keçəcəyini bilən Putin və onun ətrafı daha ağır nəticələrlə qarşılaşmamaq üçün belə bir addım ata bilər.
Kateqoriyalar: Siyasət
Mövzular: kamranla 1