Videonun müddəti: 53:13 Baxış: 273 Əlavə edilib: 2022.09. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sülhməramlıların bütün postları Laçından götürüldü – Akif Nağı danışır

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.
Hazırda Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.
Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.


Laçına çəkilən yeni yol, onun ətrafındakı proseslər, eləcə də sabah həm İrəvanda, həm də Xankəndində keçiriləcək tədbirlər ciddi müzakirə mövzusudur. Nələr baş verəcək? Necə cavab verməliyik?
Kateqoriyalar: News & Politics
Mövzular: kamranla 1