Videonun müddəti: 56:43 Baxış: 268 Əlavə edilib: 2022.08.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“Kamranla 1” - TƏCİLİ: Əks-hücum əməliyyatı başladı – Kamran Həsənli ilə Sevinc Telmanqızı (CANLI)

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılandan sonra Xankəndindən Ermənistana gedən yeni yolla bağlı müzakirələr gündəm mövzuya çevrilib.

Həm də bu məsələ ilə bağlı ən çox versiyaları erməni mənbələri ortaya atır. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir.

Erməni mediası iddia edir ki, Azərbaycan tərəfi yeni yola “dəhliz” statusunun verilməsi məsələsindən öncə üçtərəfli razılaşmada erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin, separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir.

Erməni tərəfinə görə, bu tələblər yerinə yetirildiyi təqdirdə yeni yolun “dəhliz” statusu müzakirə edilə bilər. Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir.

Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər.

Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur. Yürüşdən sonra mitinq keçiriləcək.
“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir.

Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir.
Kateqoriyalar: Gündəm Siyasət
Mövzular: xankəndi kamranla 1