Əvəz Zeynallı ilə “Canlı debat” - Həbsdəki iş adamı Ramiz Mehdiyevi nə ilə təhdid etdi?
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəməyə hazırlıq iclası ilginc açıqlamalarla  yadda qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda vəkillər Elçin Sadıqov və Pərviz Məmmədov iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıblar.
Müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Hər iki vəsatət baxılmamış saxlanılıb.
Bundan başqa, məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsi istənilib. “83 yaşlı adamdır, lazım deyil”, - Rasim Məmmədov vəsatətə münasibət bildirib.
Məhkəmə zərurət yaranacağı halda əlavə şahidlərin çağırılmanın mümkün olacağını qeyd edərək vəsatəti baxılmamış saxlayıb. Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.
R.Məmmədov diqqətçəkən digər açıqlamalar da verib. Haqqın.az xəbər verir ki,  R.Məmmədov “məni xəyanətdə ittiham edirlər, amma mən heç vaxt prezidentə xəyanət etməmişəm. Amma mən danışanda hamı biləcək ki, satqın kimdir” deyib.
Həbsdəki iş adamı vəsaitlərin mənimsənilməsi ilə bağlı ittihamları rədd edərək, dövlətə əksər məmurlardan daha çox gəlir gətirdiyini deyib.
“Mən sahibkaram və özüm pul qazanmışam. Başqaları da gəlib mənə qoşuldular. Mən əksər məmurlardan daha çox dövlətə yaxşılıq etmişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə  bu layihəni müzakirə etdik. Hər şey yaxşı gedirdi və hamı bundan pul qazanırdı. Hər şeyi dağıtmaq və bu farsı təşkil etmək kimə lazım idi?” Rasim Məmmədov deyib. O,  həmçinin “üç nəfər arasında aparılan” danışıqların təfərrüatlarını açıqlamaq istəmədiyini, lakin mövcud şəraitin ona seçim qoymadığını bildirib. “Mən Dövlət Təhlükəsizliyi Xidmətinin 15 kv.m sahəsi olan təkadamlıq kamerada sakit yaşayıram. Amma azadlıqda qalanlar bundan narahat olsunlar. Mən kitab yazıram ki, orada son 11 il ərzində aparılan danışıqlar və pul köçürmələrinin bütün təfərrüatlarını dərc edəcəyəm”.
Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.   Onun 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərində ittiham olunur.
Sensasion gəlişmə: Qarabağdan ermənilərin ağır silahları çıxarılır –Əvəz Zeynallı ilə “Canlı debat”
Ermənistan imzaladığı kapitulyasiya aktı ilə öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarmaq öhdəliyini götürüb. Bu öhdəlik sənədin 4-cü bəndində əksini tapıb. Əslində Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərksilahını təmin etməli idi. Keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk edəcək. Lakin o, separatçılara məxsus silahlı qüvvələrin Qarabağda qalacağını da söylədi.
Bu əlbəttə ki, daha çox “barıt qoxusu” verən təxribatçı açıqlama idi. Təsadüfi deyil ki, bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibənin bitməsindən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeydı alındı: qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu. Buna cavab olaraq isə Azərbaycan “Qisas” antiterror əməliyyatına başladı, Qarabağdakı erməni silahlıları ciddi itki verdi. Ordumuz Qırxqız, Sarıbaba, bir sıra digər yüksəkliklərə nəzarəti ələ keçirdi. Əməliyyat çərçivəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, onlar ciddi canlı qüvvə itirdilər, bir neçə D-30 haubitsaları, hərbi maşınları və xeyli sayda döyüş sursatları məhv edildi. Bunun ardınca Laçın şəhəri və ətrafının boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yolları qalmayıb.
“Qisas” əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlayıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır. Üzdəniraq “özünü müdafiə ordusu”nun isə yalnız yüngül silahlara malik xalq milisinə bənzər “milli qvardiya”ya transfer ediləcəyi deyilir.
Lakin aydındır ki, Azərbaycan Konstitusiyası hansısa “xalq milisi” və ya “milli qvardiya”nı da istisna edir. Xankəndi və ətrafında yalnız Azərbaycan polisi geyimində silahlı şəxslər xidmətdə ola bilər. İstənilən halda bu gəlişmələr “Qisas əməliyyatı”nın daha bir məntiqi nəticəsi sayıla bilər.
Bəs proses nə dərəcədə sürətli aparılacaq, separatçılar yenə bir azca vaxt udub müəyyən müddət sonra təzədən təxribatlara əl ata bilərmi?
Laçında əsgərimiz şəhid oldu, ermənilər q@n tökdü! Nələr olacaq? -Əvəz Zeynallı CANLIda
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
44 günlük müharibədən sonra erməni xalqına elə gəlirdi ki, rus sülhməramlılar Qarabağda Ermənistanın maraqlarını qorumaqdan ötrü yerləşdirilib. Lakin hadisələrin gedişatı bunun belə olmadığını göstərir.
Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bildirib.
“Artıq aydındır ki, Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq. Xüsusi əməliyyat olacaq və ruslar Qarabağı erməni silahlılardan tam azad edəcək. Çünki artıq təsdiqlənmiş razılaşmalara əsasən, ruslar bu ərazilərin təhlükəsizliyini tam təmin etməlidir. Amma Bakının dediklərinə əsasən bunu ruslar heç də tam bacarmır. Azərbaycan tərəfi Qarabağda demək olar ki, günaşırı ermənilərin atəş açmasından xəbərlər yayır. Bu o deməkdir ki, Bakı Moskvaya öz sözünü artıq deyib və hazırda Kreml xüsusi əməliyyata başlayacaq.
Ermənistan üçün ilk həyəcan zəngi rus hərbçilərin Azərbaycan Ordusunun erməni könüllülərini Qarabağ ərazisində əsir götürməsinə göz yumması zamanı səsləndirildi. Ruslar o zaman bizim əsgərləri xilas etmək üçün bir addım da atmadılar. Sonradan Rusiya qoşunları “dqr”in “müdafiə ordusunun” hərbçilərinin Ermənistandan, məzuniyyətdən öz hərbi hissələrinə qayıtmasına mane olmağa başladılar. Əsgərlərimiz rusiyalı hərbçilərin blok-postlarından Ermənistana geri qaytarılır”, - deyə o qeyd edib.
Daha bir xəbər isə Gəncədə baş verən intihar hadisəsi ilə bağlıdır. Gəncə şəhər sakini 1999-cı il təvəllüdlü Təbriz Süleymanov yaşadığı evdə özünü asaraq intihar edib. Onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.
Həbsdəki məmurlar isə artıq bəraət üçün hərəkətə keçiblər. Nə baş verir?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Əvəz Zeynallı ilə “Canlı debat” - Xocalı, Ağdam, Laçın, Tərtər atəş altında...
Ermənilər sərhəddə və sülhməramlıların məsuliyyət zonasında Azərbaycana qarşı təxribatları kütləviləşdiriblər.  Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, iyulun 25-də və 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.
Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Görünən budur ki, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, erməni separatçıları tərk silah olmaq istəmir, əksinə, daha böyükmiqyaslı cinayətlərə əl atırlar. Bir müddət öncə Prezident İlham Əliyev bəyanat vermişdi ki, Qarabağdakı separatçıları sülhməramlılar ən çoxu 2022-ci il iyunun sonunadək erməni silahlı birləşmələrini ərazidən çıxarmalı idi.
Lakin bunu etməyiblər. Prezident bununla bağlı sərt xəbərdarlıq edəndən sonra erməni birləşmələrinin sentyabardək çıxarılacağına dair açıqlamalar olmuşdu. Ancaq indi görünən budur ki, qanunsuz silahlı dəstələr nəinki Qarabağdan çıxarılır, əksinə, bir gündə 7 dəfə insident törədirlər, bölgədəki təhlükəsizliyi təhdid edirlər. Eyni zamanda Ermənsistan ərazisindən də atəşlər açılır. Deməli, bu hansısa koordinasiya olunmuş fəaliyyətdir.
Belə olan təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlaması artıq bir şərtə çevrilir. Ermənilər və sülhməramlıların fəaliyyətsizliyi başqa variant qoymur.
Rusiya sülhməramlıları bu dəfə həddi aşdı, kim “dur” deyəcək? – Əvəz Zeynallı ilə “Canlı debat”
Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Məlumata görə, bu saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvan yoxlama üçün dayandırılıb.
Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib. Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.
Rusiya sülhməramlıları nə etməyə çalışır? Bu açıq-aşkar təxribat nədən xəbər verir? Ermənilərdən daha artıq özbaşınalıq etmək və qanunsuz silah daşımaqla Azərbaycana hansı mesajları vermək istəyirlər?
DTX antikorrupsiya əməliyyatı ilə bağlı açıqlama verdi - Əvəz Zeynallı ilə “Canlı debat”
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının srağagün Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.
Sosial şəbəkələr və medianın böyük diqqət ayırdığı qeyri-rəsmi xəbərlərə görə, həbs olunanlar arasında generallar da var. Hətta konkret adlar da çəkilir. Mövzu ciddi müzakirələrə səbəb olsa da, rəsmi qurum əməliyyatla bağlı açıqlama verməyə tələsmir, amma informasiyanı təkzib də etməyib.
Modern.az saytı yayılan qeyri-rəsmi xəbərləri dəqiqləşdirmək üçün DTX-nın mətbuat xidmətinə sorğu ünvanlayıb. DTX-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı açıqlama olarsa, mətbuatda yayımlanacaq. Eyni zamanda o da qeyd edilib ki, əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyini də dəqiq söyləmək olmaz.
Qeyd edək ki, qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovun saxlanıldığı bildirilib.
Nə baş verir? Günlərdir gündəmi məşğul edən bu hadisə barədə rəsmi açıqlamanın veriıməməsi nədən xəbər verir? Ciddi hadisələr gözlənilirmi? Sözügedən məsələ nə zaman aydınlaşdırılacaq?