Videonun müddəti: 1:02:12 Baxış: 309 Əlavə edilib: 2022.07.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əvəz Zeynallı ilə “Canlı debat” - Xocalı, Ağdam, Laçın, Tərtər atəş altında...

Ermənilər sərhəddə və sülhməramlıların məsuliyyət zonasında Azərbaycana qarşı təxribatları kütləviləşdiriblər. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, iyulun 25-də və 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib.

Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.

Görünən budur ki, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, erməni separatçıları tərk silah olmaq istəmir, əksinə, daha böyükmiqyaslı cinayətlərə əl atırlar. Bir müddət öncə Prezident İlham Əliyev bəyanat vermişdi ki, Qarabağdakı separatçıları sülhməramlılar ən çoxu 2022-ci il iyunun sonunadək erməni silahlı birləşmələrini ərazidən çıxarmalı idi.

Lakin bunu etməyiblər. Prezident bununla bağlı sərt xəbərdarlıq edəndən sonra erməni birləşmələrinin sentyabardək çıxarılacağına dair açıqlamalar olmuşdu. Ancaq indi görünən budur ki, qanunsuz silahlı dəstələr nəinki Qarabağdan çıxarılır, əksinə, bir gündə 7 dəfə insident törədirlər, bölgədəki təhlükəsizliyi təhdid edirlər. Eyni zamanda Ermənsistan ərazisindən də atəşlər açılır. Deməli, bu hansısa koordinasiya olunmuş fəaliyyətdir.

Belə olan təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlaması artıq bir şərtə çevrilir. Ermənilər və sülhməramlıların fəaliyyətsizliyi başqa variant qoymur.
Kateqoriyalar: Canlı debat