Videonun müddəti: 1:10:51 Baxış: 339 Əlavə edilib: 2022.06.22
Pinterest
LinkedIn
WhatsApp
Telegram

DTX antikorrupsiya əməliyyatı ilə bağlı açıqlama verdi - Əvəz Zeynallı ilə “Canlı debat”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının srağagün Dövlət Gömrük Komitəsinin strukturlarında korrupsiyaya qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Sosial şəbəkələr və medianın böyük diqqət ayırdığı qeyri-rəsmi xəbərlərə görə, həbs olunanlar arasında generallar da var. Hətta konkret adlar da çəkilir. Mövzu ciddi müzakirələrə səbəb olsa da, rəsmi qurum əməliyyatla bağlı açıqlama verməyə tələsmir, amma informasiyanı təkzib də etməyib.

Modern.az saytı yayılan qeyri-rəsmi xəbərləri dəqiqləşdirmək üçün DTX-nın mətbuat xidmətinə sorğu ünvanlayıb. DTX-dan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı açıqlama olarsa, mətbuatda yayımlanacaq. Eyni zamanda o da qeyd edilib ki, əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyini də dəqiq söyləmək olmaz.

Qeyd edək ki, qeyri-rəsmi informasiyalarda əməliyyat zamanı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovun saxlanıldığı bildirilib.

Nə baş verir? Günlərdir gündəmi məşğul edən bu hadisə barədə rəsmi açıqlamanın veriıməməsi nədən xəbər verir? Ciddi hadisələr gözlənilirmi? Sözügedən məsələ nə zaman aydınlaşdırılacaq?
Kateqoriyalar: Canlı debat