Videonun müddəti: 1:06:23 Baxış: 331 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sensasion gəlişmə: Qarabağdan ermənilərin ağır silahları çıxarılır –Əvəz Zeynallı ilə “Canlı debat”

Ermənistan imzaladığı kapitulyasiya aktı ilə öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarmaq öhdəliyini götürüb. Bu öhdəlik sənədin 4-cü bəndində əksini tapıb. Əslində Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərksilahını təmin etməli idi. Keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk edəcək. Lakin o, separatçılara məxsus silahlı qüvvələrin Qarabağda qalacağını da söylədi.

Bu əlbəttə ki, daha çox “barıt qoxusu” verən təxribatçı açıqlama idi. Təsadüfi deyil ki, bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibənin bitməsindən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeydı alındı: qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu. Buna cavab olaraq isə Azərbaycan “Qisas” antiterror əməliyyatına başladı, Qarabağdakı erməni silahlıları ciddi itki verdi. Ordumuz Qırxqız, Sarıbaba, bir sıra digər yüksəkliklərə nəzarəti ələ keçirdi. Əməliyyat çərçivəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, onlar ciddi canlı qüvvə itirdilər, bir neçə D-30 haubitsaları, hərbi maşınları və xeyli sayda döyüş sursatları məhv edildi. Bunun ardınca Laçın şəhəri və ətrafının boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yolları qalmayıb.

“Qisas” əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlayıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır. Üzdəniraq “özünü müdafiə ordusu”nun isə yalnız yüngül silahlara malik xalq milisinə bənzər “milli qvardiya”ya transfer ediləcəyi deyilir.

Lakin aydındır ki, Azərbaycan Konstitusiyası hansısa “xalq milisi” və ya “milli qvardiya”nı da istisna edir. Xankəndi və ətrafında yalnız Azərbaycan polisi geyimində silahlı şəxslər xidmətdə ola bilər. İstənilən halda bu gəlişmələr “Qisas əməliyyatı”nın daha bir məntiqi nəticəsi sayıla bilər.
Bəs proses nə dərəcədə sürətli aparılacaq, separatçılar yenə bir azca vaxt udub müəyyən müddət sonra təzədən təxribatlara əl ata bilərmi?
Kateqoriyalar: Canlı debat