"Şuşanın binası"ndakı QAİ - Prezidentin Ermənistanı silkələyən bəyanatlar verdiyi məkandan reportaj
Prezident İlham Əliyev 24 dekabrda Qərbi Azərbaycan İcmasının yenilənmiş binasının açılışını həyata keçirtdi. Əvvəllər Şuşa İcra Hakimiyyətinin binası olan bu məkan yenilənərək, Qərbi Azərbaycan icmasının istifadəsinə verilib.
Burada həm açıq, həm də strateji mesajlar vardır. Şuşa azad olundu və indi sıra ...digər tarixi torpaqlardadır. Həmin ofisin Qərbi Azərbaycan icmasına verilməsi Prezidentin və Azərbaycan dövlətinin gələcək hədəflərinin istiqamətini, Azərbaycanın Ermənistana qarşı həyata keçirdəcəyi diplomatik mübarizənin yol xəritəsini, eyni zamanda, Qarabağdakı erməni icmasının qarşısına beynəlxalq tribunalarda hansı ‘’ev tapşırığı’’ ilə çıxacağımızı aşkar şəkildə göstərir. Ölkə ictimaiyyəti də, Ermənistan hökuməti də, Qarabağdakı erməni icması da bu möhtəşəm mesajdan öz payını götürüb.
Azərbaycan Prezidenti İlham Əliyevin QAİ binasında verdiyi açıqlamalar isə Ermənistan ictimaiyyətinin gündəminə oturub. Ermənistan rəsmi kanallarla, eləcə də media vasitəsi ilə bu açıqlamalara dəfələrlə reaksiya verib.
Prezident Əliyev açıq şəkildə deyib ki, Ermənistanın hazırda dövlət kimi fəaliyyət göstərdiyi toprpaqların hamısı Azərbaycanın tarixi torpaqlarıdır və tarixdə heç bir erməni dövləti olmayıb.
TV Musavat bu tarixi açılışın həyata keçirildiyi və bu tarixi bəyanatın səsləndiyi məşhur binaya getdi, oradan reportaj hazırlamaq qərarına gəldi.
Bəli... Qərbi Azərbaycan İcmasının binası... Ölkə prezidenti Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Qeyd edək ki, 1989-cu ildən ‘’Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi kimi fəaliyyət göstərən qurum bu ilin avqustun 3-dən etibarən “Qərbi Azərbaycan İcması”na çevrilib. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli söhbət zamanı icmanın məhz bu binada yerləşməsininin rəmzi xarakter daşıdığını bildirib.
Prezidentlə görüşdə tanınmış iş adamı, "Xəmsə" MMC-nin sahibi, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli də var idi. İş adamı İrəvan və Zəngəzur ermənilərə verilməsini o dövr üçün tarixi səhv hesab edir.
Qərbi Azərbaycan icmasının sədri TV Musavata danışdı, verilən tapşırıqlar, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verdi.
Sevindirici haldır ki, Vətən müharibəsindəki zəfərimizdən sonra məcburi köçkün statusu almış vətəndaşlarımız öz yurd yuvalarına qayıtdı. Sıra qaçqın statusu almış Qərbi Azərbaycanlılarımızındır. İnanırıq ki, növbəti reportajları Qərbi Azərbaycandakı torpaqlarımızdan edəcəyik.
TV Musavatın hazırladığı video reportajı oxucularımıza təqdim edirik.
İlkin Süleymanovun məhkəməsində sirlər açıldı – Reportaj
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosses saat 16-da başlayıb və iki saat davam edib. Budəfəki prosesdə İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması və istintaq hərəktləri ilə bağlı protokol və disklər tədqiq edilib.
Musavat.com xəbər verir ki, prosesdə İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb. Müdafiə tərəfini qane etməyən məqamlar var. Məhkəmə prosesində qətlə yetirilən Nərmin Quliyevanın atası və digər yaxınları da iştirak edib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.
Həmin ilin yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, adam oğurluğu və başqa maddələrlə nəzərdə tutulan ittiham elan olunub.Növbəti məhkəmə prosesi noyabrın 29-u saat 16 keçiriləcək.
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ
“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün bir sıra addımlar atır”.
Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. “Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq” - deyə Sallivan əlavə edib.
Bəs Azərbaycan xalqı necə, güneydə yaşayan soydaşlarımızı düşünərək baş verənlərə necə reaksiya verməlidir və ya ümumiyyətlə reaksiya verməlidirmi?
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi sərhəddə keçirilən təlimlə bağlı bəyanat yayıb. Bildirilib ki, təlimlər İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.
Ermənilərin qoyduğu “sürpriz”lər – Laçında nələr baş verir? – Geniş reportaj
Arzuların çin olduğu, ermənilərin “iz” qoyduğu Laçın...
Sentyabrın 1-i digər media nümayəndələri ilə işğaldan azad edilmiş Laçın şəhərinə və şəhərin Zabux, Sus kəndlərinə səfərimiz oldu.
Əvvəlcə Şuşaya, oradan da gedirik Laçına… Necə gözəl səslənir, Şuşadan Laçına gedirik… Hərəkət etdiyimiz yoldan ermənilər də istifadə edirlər. Sülhməramlıların müşayiəti ilə Laçına çatırıq.
Burada ən çox eşitdiyimiz cümlə, “ehtiyatlı olun, minalar var” idi. Şəhərin yeni nəzarətə götürüldüyü hər cəhətdən hiss edilirdi. Ərazi ermənidən təmizlənsə də, onlardan geri qalan “izlər” hələ də Laçında var. Məsələn, küçələrdə erməni dilində elanlar, lövhə və divar yazıları var idi. Bu yazılar qısa müddət ərzində ləğv ediləcək, Laçının küçələrində doğma dilimizdə olan elanlar yazılacaq. Təbii ki, əsas erməni “izi” bu deyil, minalardır.
Evlərdə, evlərin həyətlərində minalar qurublar. Necə, harada gəldi minaları düzüblər ki, zərər verə bilsinlər. Yaşayış yerlərində “sürpriz” adlanan üsullarla partlayıcılar qurublar. Qapılara bağlanmış, əşyaların altında gizlədilmiş qumbaralar bu sinfə aiddir. Kimsə qapını açanda, hansısa əşyanı qaldıranda partlasın deyə onlarla belə “sürpriz” qurulub.
Jurnalistlərin ərazidə çəkiliş aparması üçün onlara minatəmizləyən əsgərlər təhkim edilmişdi. Onlar ilk olaraq əraziyə daxil olur, hər ehtimal axtarış aparır, onların “təmizdir” sözündən sonra jurnalistlər əraziyə, evə daxil olurdular. Mina təmizləyən əsgərlərdən biri deyir ki, son bir neçə gün ərzində təkbaşına 50-yə yaxın mina təmizləyib və hələ də işlərə davam edir.
Təbii ki, ermənilər bunu yaxın günlərdə ediblər. Rahat şəkildə minaları əraziyə daşıyıblar, çirkin əməllərini həyata keçiriblər. Bu daşınma prosesinə isə deyəsən Rusiya sülhməramlıları, sadəcə tamaşa etməklə kifayətləniblər. Bu “tamaşa” ermənilərə kömək etmək deməkdir. Rəsmi məlumatlara görə, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən təkcə avqustun 15-dən 31-nə qədər 1318 ədəd PMN-Э növlü mina aşkar edilib. Həmin minalar Vətən müharibəsindən sonra, 2021-ci ildə Ermənistanda istehsal olunub.
Hərbi ekspert Ədalət Verdiyev də bu səfərdə iştirak edirdi. Arxamıza Laçın şəhərini alıb, ekspertə suallar ünvanladıq.
Müsavat TV-yə Laçının strateji əhəmiyyətindən danışan ekspert bildirdi ki, ərazidəki bütün yüksəkliklər artıq bizim ordumuzun nəzarəti altındadır və bu da bizim nəzarət imkanlarımızı artırır: “Ətrafımızda, əsasən, strateji yüksəkliklərdir. Bu yüksəkliklərdə Azərbaycan Ordusu yerləşir. Laçın və ətraf rayonlarda təhlükəsizlik təmin edilir. Hətta daha artığını deyərdim ki, Laçın ərazisində yerləşən mövqelərimizdən biri artıq Ermənistan ərazisində Gorus-Qafan yolu ilə hərəkət edən yola və Ermənistana aid hərbi texnikalara, silahlara və digər vasitələrə nəzarət edir”.
Bundan başqa, şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olduq. Bir neçə gündür Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhərin mərkəzində xidmətə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə açıqlamasında bildirdi:
“Qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunan ərazilərdə olduğu kimi burada da xidmət edən hərbi qulluqçularımızın sosial məişət şəraiti ən yüksək səviyyəyə çatdırılacaq”.
Zabuxda ermənidən qalan “iz”…
Laçının mərkəzindən çıxıb Zabux kəndinə yollandıq. Burada onlarla bir-birinə bənzəyən evlər tikilib. Ağaclar əkiblər, özlərinə şərait qurublar. Yəqin ki, uzun illər yaşamağı düşünüblər, amma planları baş tutmadı. Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi yandırmağa cəhd ediblər. Amma bunu da tam bacarmayıblar. Evlərdən apara bildikləri əşyaları daşıyıblar. Qapıları belə yerindən söküblər. Şüşələri apara bilmədikləri üçün sınıdırıblar. Və təbii ki, adətlərinə sadiq qalaraq özləri ilə unitazlarını da aparıblar. Bütün bunlarla yanaşı oğurlaya, özləri ilə apara bilmədikləri üçün təbiətimizə zərər veriblər. Meşələrimizə od vurublar, yandırmağa, məhv etməyə çalışıblar.
Təbii ki, əgər erməni torpaq işğal edibsə orada öz “izini” bir yolla qoymalıdır. Məhv etmək, dağıtmaqla yanaşı, minalarını da evlərə düzüblər. Burada dinc sakinlər yaşayırdılarsa minaları əraziyə kim düzüb? Mülki paltarda olan terrorçular barəsində düşünmək, onlara bu şəraiti quran “sülh” tərəfdarlarına suallar vermək lazımdır!
Sus ay erməni, sus... Sus artıq bizdədir, öz sahiblərində...
Zabuxdan keçirik, Sus kəndinə... Sus kəndi Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olan kənd XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı kimi fəaliyyət göstərib, mövqeyinə görə Zabox (Zabux) adlanıb. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən Sadmanlı kəndləri də həmin adla adlandırılıb. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Şahbuz, Gorus, Laçın, Şuşa və Xankəndi yoluna yaxın olduğu üçün Sus kəndi strateji əhəmiyyət daşıyır. Ona görə də, kəndin geri alınması olduqca vacib idi. Burada kənddən demək olar ki, heç nə qalmayıb. Ermənilər kəndi məhv etməklə məşğul olublar. Kənddə yerləşən evlər, inzibati binaların hamısı erməni vandalları tərəfindən dağıdılıb. Kənd ərazisindəki beton zavodunu da dağıdaraq yerlə-yeksan ediblər.
Sus kəndi ilə birgə bizim səfərimiz yekunlaşır. Yenə eyni yolla, sülhməramlıların müşayiəti ilə Şuşaya doğru hərəkət etdik, Zəfər yolu ilə Bakıya qayıtdıq.
Sülhməramlısız, öz torpağımızda heç kimdən icazə almadan Xankəndiyə gedəcəyimiz günün arzusu ilə növbəti reportaja qədər…
Məhəmməd Türkmən
Elçin Əkbərov
Laçın
Ruslara Bakıya gəlmək qadağan edilsinmi? - REPORTAJ
Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyula bilər. Mediada bununla bağlı AB rəsmilərinin açıqlamalarına rast gəlinir. Qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. Ruslar Avropaya, Amerikaya və başqa ölkələrə 3-cü dövlətlər üzərindən getmək məcburiyyətindədirlər.
AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar.
Həm rəsmi statistikalara, həm də elə gözümüzün gördüyü mənzərələrə görə, hazırda Bakıda rus turistlərin sayı ötənilkilərlə müqayisədə daha çoxdur. Bunun Azərbaycan iqtisadiyyatına faydası əlbəttə ki, var. Bəs, o zaman məsələnin siyasi və mənəvi tərəfləri? Ukrayna xalqına qarşı təcavüzkar bir müharibə aparan Rusiyaya qarşı heç bir sanksiyaya, o cümlədən də ruslara ölkəmizə gəlmək qadağasına qoşulmamaqla, Azərbaycan düzmü edir? Bizim dövlətimiz Aİ-nin, Kollektiv Qərbin anti-Rusiya sanksiyalarına qoşulmalıdırmı? Ən azından, sonuncu qərara - rus turistlərin və qonaqların ölkəmizə gəlişinə mane olan analoji qərarı biz də verməliyikmi?
“TV Musavat”ın reportyor qrupu paytaxt sakinləri arasında sorğu edərək bu və digər suallara cavab tapmağa çalışıb.
Musavat.com sözügedən reportajı təqdim edir:
Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.tv
Bal kimi REPORTAJ...
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
"TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ ,  tr.minval.az (anadolu türkcəsi)
Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası: şok iddialar ortaya çıxdı
#2022 #xeberler #trend #azərbaycan
10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası
İlkin Süleymanov ifadələrin çoxunu təzyiq altında verdiyini iddia edib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prossesi 2-saata yaxın davam edib.
Məhkəmə prosesində  İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təziq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə İlkin yalnış ifadələr verməyə məcbur edilib.
Məhkəmə prossesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev isə mətbuata hər hansı açıqlama vermək istəməyib. Məhkəmə prossesi avqustun 31-ə təxirə salınıb. Məlumat üçün bildirək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə  ittiham elan olunub.
İlham Məmmədov, Gəncə
“Evdə olar, çöldə - yox!..” – azərbaycanlılar şortiki niyə sevmir?
Zaman-zaman cəmiyyətimizdə şortik qalmaqalı baş verir. Sonuncu belə hadisə bu günlərdə İsmayıllı rayonunda yaşandı. Belə ki, İsmayıllı rayon sakinləri ilə yerli turistlər arasında sonuncuların şortik geyinməsi üstündə münaqişə baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu.
Bəs azərbaycanlılar niyə şortiki sevmir, bu geyimi qıcıqla qarşılayırlar? Halbuki qanunla bu geyimə qadağa yoxdur və şortik geymək hər hansı hüquqi məsuliyyət də yaratmır.
Mövzu ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinləri arasında sorğu keçirib. Həmin videosorğunu təqdim edirik:
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.tv
Ondan belə etiraflar alan olmamışdı: Rövşanə Ağasəfqızının mətbəxinə girdik və...
"Tanınmışlar mətbəxdə" rubrikasının növbəti qonağı məşhur teleaparıcı Rövşanə Ağasəfqızıdır.
"TV Musavat"ın çəkiliş qrupu aparıcının bağ evində olub. Rövşanə Ağasəfqızı  verilişdə etirafları ilə daha çox yadda qalıb.
Musavat.com aparıcı ilə verilişin tam versiyasını təqdim edir.
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.
Sensasiya! Hadı Rəcəbli illər sonra ilk dəfə danışdı: "Qənaətlə yaşayırıq..."
Yeni Azərbaycan Partiyasının əfsanə isimlərindən biri olan Hadi Rəcəbli uzun müddət sonra sükutu pozub.
Musavat.com xəbər verir ki, keçmiş deputat TV Musavata sensasion açıqlamalar verib.
Əməkdaşımız Elşad Paşasoya danışan sabiq millət vəkili gündəmdə olan mövzulara toxunub. O, eyni zamanda hazırda gördüyü işlərdən də danışıb. H.Rəcəbli həmçinin hazırki fəaliyyətindən, istirahətindən, bağında uzun illərdən bəri xanımı ilə bərabər, ərsəyə gətirdiyi gül-çjçəklərdən, meyvə ağaclarından bəhs edib
Qeyd edək ki, Hadı Rəcəbli 30 illik deputat təcrübəsi olan, Prezident Yanında İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasaının professoru, Elmi Şuranın üzvüdür.
Sözügedən reportajı təqdim edirik: