Videonun müddəti: 6:29 Baxış: 285 Əlavə edilib: 2022.10.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ

“ABŞ İrandakı etirazları dəstəkləyir və etirazçılara dəstək vermək üçün bir sıra addımlar atır”.

Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. “Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq” - deyə Sallivan əlavə edib.

Bəs Azərbaycan xalqı necə, güneydə yaşayan soydaşlarımızı düşünərək baş verənlərə necə reaksiya verməlidir və ya ümumiyyətlə reaksiya verməlidirmi?

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi sərhəddə keçirilən təlimlə bağlı bəyanat yayıb. Bildirilib ki, təlimlər İran İslam Respublikası silahlı qüvvələrinin illik fəaliyyət təqviminə və dövrü təlimlərə uyğun həyata keçirilir. Habelə, Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibətini nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.
Kateqoriyalar: Reportaj