Videonun müddəti: 3:19 Baxış: 4.7K Əlavə edilib: 2022.11.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İlkin Süleymanovun məhkəməsində sirlər açıldı – Reportaj

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosses saat 16-da başlayıb və iki saat davam edib. Budəfəki prosesdə İlkin Süleymanovun ifadəsinin yerində yoxlanması və istintaq hərəktləri ilə bağlı protokol və disklər tədqiq edilib.

Musavat.com xəbər verir ki, prosesdə İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb. Müdafiə tərəfini qane etməyən məqamlar var. Məhkəmə prosesində qətlə yetirilən Nərmin Quliyevanın atası və digər yaxınları da iştirak edib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb.

Həmin ilin yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, adam oğurluğu və başqa maddələrlə nəzərdə tutulan ittiham elan olunub.Növbəti məhkəmə prosesi noyabrın 29-u saat 16 keçiriləcək.
Kateqoriyalar: Reportaj