Videonun müddəti: 2:27 Baxış: 286 Əlavə edilib: 2022.08.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası: şok iddialar ortaya çıxdı

#2022 #xeberler #trend #azərbaycan

10 yaşlı Nərminin qətli üzrə daha bir məhkəmə iclası

İlkin Süleymanov ifadələrin çoxunu təzyiq altında verdiyini iddia edib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prossesi 2-saata yaxın davam edib.

Məhkəmə prosesində İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təziq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə İlkin yalnış ifadələr verməyə məcbur edilib.

Məhkəmə prossesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev isə mətbuata hər hansı açıqlama vermək istəməyib. Məhkəmə prossesi avqustun 31-ə təxirə salınıb. Məlumat üçün bildirək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan olunub.

İlham Məmmədov, Gəncə
Kateqoriyalar: Reportaj