Seymur Talıbovun həyatını məhv etdiyi o qızın atası CANLI-da!
Əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz yazır: “Culfa rayonunda pis yola cəlb olunaraq "xanzadə" Seymur Talıbova hədiyyə edilən, daha sonra Seymur tərəfindən akademikbaşı "Pəncov" İsanın oğlu Səhətə satılan, hazirda Həbibbəylilərə aid obyektlərindən birində çalışdırılan Güneyin (ad şərtidir) atası ilə görüşdüm. Söhbətimiz zamanı məlum oldu ki, Culfada qadın ticarətinin yeganə qurbanı Güney deyilmiş. Bəzi kəndlərdə də gənc qızlar bu qədim peşə "sənətkar"larının qurbanı olub və bütün qurbanların valideynlərini susdurmaq üçün eyni metoddan istifadə edilib: qızlardan öz atalarının təcavüzünə məruz qaldıqlarına dair ifadə alınıb, valideynlər isə ictimai qınaqdan çəkinərək baş götürüb Naxçıvandan qaçıblar. Beləcə qızları pezəvənglərin (Azərbaycan şivəsində bu ifadənin qarşılığı daha ağır olduğundan biz Türkiyə variantını seçdik) əllərində əsirə çevrilib, özləri isə qürbətdə baş gizlətməyə çalışıblar.
Güneyin atasını rayonda baş verən bu cinayətlərin qarşısını almaq, başqa ailələri bu təhlükədən qorumaq üçün məsələni ictimailəşdirməyə, televiziya ekranlarına çıxıb başına gətirilən oyunlar barədə açıq danışmağa çağırdım. Bilirdim ki, bu dəvətim onun üçün çox ağırdır, amma Talıbovların, Həbibbəylilərin, Siyam Hacıyevlərin pezəvənglik biznesinin qarşısını almağın başqa yolunu da görmürdüm. Üstəlik, Güneyə sahib olmaq naminə onun atasının bədnam edilmiş adını qurtarmağın da ən optimal yolu bu ola bilərdi”.
Bu olayla bağlı bütün təfərrüatları şərti adı Güney olan qızın atası İlqar Cabbarovka müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Vasif Talıbovu göndərmək mümkün olacaqmı? – detallar Sülhəddin Əkbərlə “Canlı debat”da
“Rusiyanın 44 günlük müharibənin son günü Qarabağda reallaşdırmağa başladığı "Yeni Qafqaz Siyasəti" davam edir. Söhbət Ermənistanın (daha doğrusu, Rusiyanın) Azərbaycana qarşı başlatdığı təcavüzün "status quo" vəziyyətindən gedir. Bu isə 1988-ci ilin əvvəllərində həyata keçirilmiş siyasətin təkrarı deməkdir”.
Bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Cənubi Qafqaza yönəlik siyasətini şərh edərkən bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibənin ardınca yaranan hərbi-siyasi vəziyyət əksər əlamətləri ilə 1988-ci ilin əvvəllərini xatırladır.
“Bir o fərqlə ki, ermənilər Hadrutu itirib, biz isə Xocalını qaytarmamışıq. Xocalıda soyqırımı törədən 366-cı alayı isə bu gün sayca ondan iki dəfə çox olan Rusiya "sülhməramlıları" əvəz edir”.
Siyasi şərhçinin sözlərinə görə, Rusiya Qarabağın dağlıq hissəsində yeni separatçı liderlər yetişdirməkdə və bədnam "Üçtərəfli Bəyanata" əsasən tərksilah etməli olduğu qanunsuz erməni silahlı dəstələrini silahlandıraraq yeni təxribatlara ruhlandırmaqdadır. Amma Kremlin köhnə "yeni siyasəti" bununla da məhdudlaşmır.
“Moskva həm Ermənistanda, həm də Azərbaycanda siyasi destabilizasiya yaratmaq üçün yeni-yeni layihələrə start verməkdədir. Bəs belə destabilizisiya Rusiyanın nəyinə lazımdır? Bunun üçün ən azı iki səbəb var:
1. Bölgəni öz nəzarətinə qaytarmaq
2. Onun üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq.
Göründüyü kimi, bütün bu, çoxpilləli siyasət yuxarıda göstərilən səbəblərdən (əsasən) ikincinin həyata keçirilməsinə yönəlib. Qalan bütün addımlar isə zəncirin ayrı-ayrı halqalarıdır”.
Putin Azərbaycanı niyə təhdid edir? Bundan sonra nə gözlənilir?
Ermənilər QIZIŞDI – bir gündə 4 istiqamətdə TƏXRİBAT və ... – “Bazar Xəbər”də
Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu
NATO-dan Ukrayna ilə bağlı xəbərdarlıq
Rusiya qalib gələ bilməz - Şolts
Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var - Peskov
Lukaşenkodan Ukrayna AÇIQLAMASI: İmkan vermirlər...
Qriqoryan: Ermənistanda vəziyyət çox ağırdır!
Putin elə bir fərman imzalayacaq ki...
Rusiyada 70 min nəfər 21 dərəcə şaxtada işıqsız qaldı
“Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
Ağ Evin keçmiş əməkdaşı: "Rusiya Ukraynanı bir gündə məhv edə bilər"
Almaniya Ukraynaya əlavə hərbi texnika göndərib
Bu savaşın qalibi Çin olacaq - ŞOK PROQNOZ
The Guardian: Rusiyanın Ukraynaya raket zərbələri nüvə fəlakətinə səbəb ola bilər
Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf etdi: "Bu, hələ son deyil..." - Fuad Abbasovla "Canlı debat"
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində itki verdiyini etiraf edib. Erməni spiker bu barədə parlamentin iclasında bildirib. Onun sözlərinə görə, Ermənistan hərbçiləri arasında ölənlər və yaralananlar var. Lakin Simonyan itkilərin dəqiq sayını açıqlamayıb.
Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri evlərini tərk etməyə başlayıblar. Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, xüsusən də ölkənin cənubunda, Qafan şəhəri yaxınlığındakı erməni kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb.
Polkovnik Üzeyir Cəfərovla “Canlı debat”! Ölkə və müharibə gündəmi! Qazilər özlərini niyə yandırır?
Musavat.com bildirir ki, daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb.
Samuxda avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Təbriz Abdullayev  "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.
Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verib.
Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. (sitat ver)  Ancaq yenə də bu sahədə problemlər var.  Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarını onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər.
MN-dən SON DƏQİQƏ açıqlaması: Ordumuz Ermənistanla sərhəddə! CANLI
Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.
Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - məlumatda qeyd olunub.
"Qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur!"
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri AXP sədri Pənah Hüseynlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Sensasion gəlişmə: Qarabağdan ermənilərin ağır silahları çıxarılır –Əvəz Zeynallı ilə “Canlı debat”
Ermənistan imzaladığı kapitulyasiya aktı ilə öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarmaq öhdəliyini götürüb. Bu öhdəlik sənədin 4-cü bəndində əksini tapıb. Əslində Rusiya hərbçiləri indiyədək qeyri-qanuni erməni quldur dəstələrinin tərksilahını təmin etməli idi. Keçən ay Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Ermənistan ordusunun qalıqları Qarabağ ərazisini tamamilə tərk edəcək. Lakin o, separatçılara məxsus silahlı qüvvələrin Qarabağda qalacağını da söylədi.
Bu əlbəttə ki, daha çox “barıt qoxusu” verən təxribatçı açıqlama idi. Təsadüfi deyil ki, bundan bir qədər sonra - avqustun əvvəlində regionda 44 günlük müharibənin bitməsindən sonra ən böyük eskalasiya sayıla biləcək hərbi insident qeydı alındı: qanunsuz erməni silahlı birləşmələri Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutdu, hərbi qulluqçumuz Anar Kazımov şəhid oldu. Buna cavab olaraq isə Azərbaycan “Qisas” antiterror əməliyyatına başladı, Qarabağdakı erməni silahlıları ciddi itki verdi. Ordumuz Qırxqız, Sarıbaba, bir sıra digər yüksəkliklərə nəzarəti ələ keçirdi. Əməliyyat çərçivəsində erməni qeyri-qanuni silahlı birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdıldı, onlar ciddi canlı qüvvə itirdilər, bir neçə D-30 haubitsaları, hərbi maşınları və xeyli sayda döyüş sursatları məhv edildi. Bunun ardınca Laçın şəhəri və ətrafının boşaldılması prosesi sürətləndi. Qarabağdakı ermənilər, nəhayət, anladılar ki, Azərbaycanın tərkibində yaşamaq perspektivindən başqa yolları qalmayıb.
“Qisas” əməliyyatının daha bir pozitiv sonucu məlum olub. Belə ki, erməni mənbələri Azərbaycanın daha bir tələbin icrasına başlandığını açıqlayıb. Məlumata görə, Qarabağdan artilleriya qurğuları, digər ağır silahlar çıxarılmağa başlayıb. Bildirilir ki, ümumiyyətlə, sentyabrın sonunadək Qarabağda ağır silahlar qalmamalıdır. Üzdəniraq “özünü müdafiə ordusu”nun isə yalnız yüngül silahlara malik xalq milisinə bənzər “milli qvardiya”ya transfer ediləcəyi deyilir.
Lakin aydındır ki, Azərbaycan Konstitusiyası hansısa “xalq milisi” və ya “milli qvardiya”nı da istisna edir. Xankəndi və ətrafında yalnız Azərbaycan polisi geyimində silahlı şəxslər xidmətdə ola bilər. İstənilən halda bu gəlişmələr “Qisas əməliyyatı”nın daha bir məntiqi nəticəsi sayıla bilər.
Bəs proses nə dərəcədə sürətli aparılacaq, separatçılar yenə bir azca vaxt udub müəyyən müddət sonra təzədən təxribatlara əl ata bilərmi?
TƏCİLİ: Cəbhədə vəziyyət gərginləşdi – nələr gözlənilir? – “Canlı debat”da
Səfirliyə hücumun arxasında duran ölkələr - Şeyxin qardaşı NƏLƏRİ AÇIQLADI….
Bakı Londona “xüsusi təyinatlılar” göndərməlidir!
"Qisas"a görə Azərbaycanda 4 redaktor istefa verdi
ABŞ dövlət katibi Çinə xəbərdarlıq edib
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
TƏCİLİ: Ordumuzun mövqeləri 12 dəfə atəşə tutuldu…yenidən müharibə? – Mirmahmud Mirəlioğlu CANLIda
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
“QİSAS”dan sonra Ermənistanda daxili çaxnaşmalar - yaxın günlərdə - Pənah Hüseynlə “Canlı debat”
“Qisas” əməliyyatının davam etməsi Azərbaycan tərəfindən asılı deyil. İlk növbədə 10 noyabr bəyannaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetrilib-yetirilməməsi məsələsi gündəmdədir”.
Musavat.com-un xəbərinə görə, bu sözləri Publika.az-a açıqlayan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, rəsmi Bakı əsasən qanunsuz erməni silahli birləşmələrinin ərazimizdən çıxarılmasını, eləcə də Laçın rayonunun və dəhlizin boşaldılmasını tələb edir:
“Əgər İrəvan hakimiyyəti bu tələbləri yerinə yetirərsə, hərbi əməliyyatlar dayandıra bilər. Yaxud, bunun əksi baş verərsə, yəni ermənilər yenə də şərtləri yerinə yetirməkdən imtina edərlərsə, “Qisas” əməliyyatının davamı olacaq”.
Ekspert qeyd edib ki, "Qisas" əməliyyatı həm Ermənistanın daxilində, həm də separatçı qurumun nəzarətində olan ərazilərdə müəyyən çaxnaşmaya səbəb olacaq:
“Çox güman ki, yaxın günlərdə ölkə daxilində Rusiya əleyhinə irimiqyaslı mitinqlərə və nümayişlərə şahidlik edəcəyik. Rusiya tərəfindən dəstəklənən müxalifət isə son hadisələrdən öz məqsədləri üçün Paşinyan komandasına qarşı istifadə etməyə calışacaq”.
Qeyd edək ki, Ermənistan daxilindəki revanşist qüvvələr artıq sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın istefası tələbini səsləndirməyə başlayıblar. Ə.Verdiyev, bunun normal hal olduğunu diqqətə çatdırdı:
“Həmişə belə olub. Burada başqa bir məsələ də var. Yalnız Nikol Paşinyanın istefası deyil, həm də Rusiya hərbi bazasını ölkədən çıxarılması tələbləri də səslənməyə başlayıb. Ermənistanda kimin hakimiyyətdə olmasının bizimçün fərq etməz. Amma hərbi bazanın qalıb-qalmaması məsələsi bizim üçün böyük məna kəsb edir”.
Şəhid əsgərimiz Anarın qiyamətə qalmayan qis@ası!Qarabağda sav@ş var!Rauf Arifoğlu ilə "Canlı debat"
Avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.
Əsgərimizin qisası alınacaqmı? Xarici İşlər Nazirliyi də az öncə bəyanat yayaraq bu məsələdə günahkarlara işarə verib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
APA XİN-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. “3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.
Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.
Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!”, - qeyd olunub.
Nələr baş verir? Nələr gözlənilir? Ərdoğan-Putin arasında gözlənilən 5 avqust görüşündə bu məsələlər müzakirə olunacaqmı? Yoxsa öncədən razılıqlar artıq alınıb, planlaşdırma həyata keçirilibmi? Tovuzdakı hərəkətlilik nədən xəbər verir?
Bu və gündəmdəki digər xəbərləri  “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Laçında əsgərimiz şəhid oldu, ermənilər q@n tökdü! Nələr olacaq? -Əvəz Zeynallı CANLIda
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
44 günlük müharibədən sonra erməni xalqına elə gəlirdi ki, rus sülhməramlılar Qarabağda Ermənistanın maraqlarını qorumaqdan ötrü yerləşdirilib. Lakin hadisələrin gedişatı bunun belə olmadığını göstərir.
Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bildirib.
“Artıq aydındır ki, Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq. Xüsusi əməliyyat olacaq və ruslar Qarabağı erməni silahlılardan tam azad edəcək. Çünki artıq təsdiqlənmiş razılaşmalara əsasən, ruslar bu ərazilərin təhlükəsizliyini tam təmin etməlidir. Amma Bakının dediklərinə əsasən bunu ruslar heç də tam bacarmır. Azərbaycan tərəfi Qarabağda demək olar ki, günaşırı ermənilərin atəş açmasından xəbərlər yayır. Bu o deməkdir ki, Bakı Moskvaya öz sözünü artıq deyib və hazırda Kreml xüsusi əməliyyata başlayacaq.
Ermənistan üçün ilk həyəcan zəngi rus hərbçilərin Azərbaycan Ordusunun erməni könüllülərini Qarabağ ərazisində əsir götürməsinə göz yumması zamanı səsləndirildi. Ruslar o zaman bizim əsgərləri xilas etmək üçün bir addım da atmadılar. Sonradan Rusiya qoşunları “dqr”in “müdafiə ordusunun” hərbçilərinin Ermənistandan, məzuniyyətdən öz hərbi hissələrinə qayıtmasına mane olmağa başladılar. Əsgərlərimiz rusiyalı hərbçilərin blok-postlarından Ermənistana geri qaytarılır”, - deyə o qeyd edib.
Daha bir xəbər isə Gəncədə baş verən intihar hadisəsi ilə bağlıdır. Gəncə şəhər sakini 1999-cı il təvəllüdlü Təbriz Süleymanov yaşadığı evdə özünü asaraq intihar edib. Onun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.
Həbsdəki məmurlar isə artıq bəraət üçün hərəkətə keçiblər. Nə baş verir?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.