Videonun müddəti: 1:02:23 Baxış: 286 Əlavə edilib: 2022.09.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Ermənistanın 49 hərbçisinin öldüyünü etiraf etdi: "Bu, hələ son deyil..." - Fuad Abbasovla "Canlı debat"

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində itki verdiyini etiraf edib. Erməni spiker bu barədə parlamentin iclasında bildirib. Onun sözlərinə görə, Ermənistan hərbçiləri arasında ölənlər və yaralananlar var. Lakin Simonyan itkilərin dəqiq sayını açıqlamayıb.


Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri evlərini tərk etməyə başlayıblar. Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, xüsusən də ölkənin cənubunda, Qafan şəhəri yaxınlığındakı erməni kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb.
Kateqoriyalar: Canlı debat
Mövzular: "canlı debat"