Videonun müddəti: 52:25 Baxış: 335 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

MN-dən SON DƏQİQƏ açıqlaması: Ordumuz Ermənistanla sərhəddə! CANLI

Hərbi Hava Qüvvələrinin Hava hücumundan müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.

Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır", - məlumatda qeyd olunub.

"Qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur!"

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri AXP sədri Pənah Hüseynlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Canlı debat