Videonun müddəti: 37:51 Baxış: 328 Əlavə edilib: 2022.08.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Polkovnik Üzeyir Cəfərovla “Canlı debat”! Ölkə və müharibə gündəmi! Qazilər özlərini niyə yandırır?

Musavat.com bildirir ki, daha bir Vətən müharibəsi qazisi özünü icra hakimiyyətinin binası qarşısında yandırıb.

Samuxda avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.
Təbriz Abdullayev "Gənc Qazilər" İB-nin Samux rayon Filialının sədridir. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.

Bundan əvvəl bir qazi Sabirabadda özünü yandırmışdı və bir neçə gün sonra dünyasını dəyişdi. Dünən həmçinin başqa bir qazi də özünü Əmlak məsələləri üzrə Dövlət Agentliyinin binası qarşısında özünü yandıracağına dair anons verib.

Sabirabaddakı hadisədən sonra icra strukturlarına çağırışlar edildi ki, qaziləri dinləyin, problemlərini həll edin. Bununla bağlı Prezidentin də xüsusi tapşırığı oldu. (sitat ver) Ancaq yenə də bu sahədə problemlər var. Qazilərin özünə qəsd etməsi sanki bir tendensiya halını alır. Onların təbii ki, travmaları var, ancaq məsələ ondadır ki, özlərini odlamalarını icra strukturlarını onların problemlərini dinləməməsi ilə əlaqələndirirlər.
Kateqoriyalar: Canlı debat