Videonun müddəti: 57:07 Baxış: 15K Əlavə edilib: 2022.09.28
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: İranda SEPAH polkovniki ö*ldürüldü, Tehran zindanları dolub-daşır – Qabil Hüseynli ilə CANLI

SEPAH-ın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşməsinin zabiti Möhsün Dalvənd öldürülüb. "Balatərin" saytının verdiyi məumata və sosial mediada yayılan xəbərlərə görə, birləşməsinin kəşfiyyat bölməsinin rəisi polkovnik Möhsün Dalvənd güllələnərək qətlə yetirilib. Sentyabrın 28-i günorta saatlarına yaxın verilən məlumatlara görə, polkovnikin 4 mühafizəçisi də yaralı vəziyyətdə Urmu şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, SEPAH zabiti sentyabrın 27-dən 28-ə keçən gecə güllələnib və bu xəbərin yayıldığı vaxta qədər İran rəsmiləri və mediası məsələ ilə bağlı heç bir məlumat yaymayıblar. Adı çəkilən polkovnik bundan öncə İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində fəaliyyət edib. Tehranın 3 zindanına 2 min etirazçı aparılıb. Paytaxtın "Evin", "Fəşafuyə" və "Qərçək" zindanlarına yer çatışmazlığı yaranıb. İnsan haqları təşkilatları və sosial şəbəkə fəallarının verdiyi məlumata görə, son 10 gün ərzində Tehranın 3 zindanına ən azı 2000 etirazı aparılıb. Həbs edilən yüzlərlə qadının "Qərçək" zindanına yerləşdirildiyi, məhbusların istintaq altında olduqları bildirilir. Məlumatda bu statistikanın sentyabrın 25-ə kimi olduğu, son 3 gün ərzində daha yüzlərlə etirazçının həbs edildiyi qeyd olunub. Xəbərdə ilk dəfə olaraq saxlaılanların "Fəşafuyə" zindanına, bundan öncə məhkumluqları olanların isə "Evin" zindanına köçürüldükləri deyilir. İnsan haqları təşkilatları son bir neçə gündə yalnız "Fəşafuyə" zindanına 1200 nəfərin köçürüldüyünü, onların ağır şərayitdə saxlanıldıqlarını bildirirlər. Ukraynanın 4 vilayətində keçirilən referendumun nəticələri bəlli oldu, Luqansk və Xerson liderləri Rusiyaya birləşmək üçün rəsmən müraciət etdi. Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrində Rusiyaya birləşmək üçün sentyabrın 23-də başlayan referendumda səsvermə prosesi dünən başa çatıb. Avropa və Ukrayna qanunsuz keçirilən referendumun nəticəsinin əvvəldən bəlli olduğunu vurğulayaraq, nəticələri heç vaxt tanınmayacaqlarını bəyan ediblər. Rusiya mediası səsvermə prosesi bitməzdən əvvəl ilk nəticələri açıqlayıb və iddia edib ki, dörd region Rusiyaya birləşməyə böyük dəstək verib. Seçki nümayəndələrinin verdiyi açıqlamalara görə, Rusiyaya qoşulmaq istəyənlərin nisbəti qondarma Donestk Xalq Respublikasında 99, qondarma Luqansk Xalq Respublikasında 98, Zaporojye vilayətində 93, Xersonda isə 87 faiz təşkil edib.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics