“Rus əsgəri olan yerdə sülh olmaz, müharibə qaçılmazdır” – Sakinlərdən SƏRT REAKSİYA
“Rus əsgəri olan yerdə sülh olmaz, müharibə qaçılmazdır” – Sakinlərdən SƏRT REAKSİYA
Ruslara Bakıya gəlmək qadağan edilsinmi? - REPORTAJ
Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyula bilər. Mediada bununla bağlı AB rəsmilərinin açıqlamalarına rast gəlinir. Qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. Ruslar Avropaya, Amerikaya və başqa ölkələrə 3-cü dövlətlər üzərindən getmək məcburiyyətindədirlər.
AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar.
Həm rəsmi statistikalara, həm də elə gözümüzün gördüyü mənzərələrə görə, hazırda Bakıda rus turistlərin sayı ötənilkilərlə müqayisədə daha çoxdur. Bunun Azərbaycan iqtisadiyyatına faydası əlbəttə ki, var. Bəs, o zaman məsələnin siyasi və mənəvi tərəfləri? Ukrayna xalqına qarşı təcavüzkar bir müharibə aparan Rusiyaya qarşı heç bir sanksiyaya, o cümlədən də ruslara ölkəmizə gəlmək qadağasına qoşulmamaqla, Azərbaycan düzmü edir? Bizim dövlətimiz Aİ-nin, Kollektiv Qərbin anti-Rusiya sanksiyalarına qoşulmalıdırmı? Ən azından, sonuncu qərara - rus turistlərin və qonaqların ölkəmizə gəlişinə mane olan analoji qərarı biz də verməliyikmi?
“TV Musavat”ın reportyor qrupu paytaxt sakinləri arasında sorğu edərək bu və digər suallara cavab tapmağa çalışıb.
Musavat.com sözügedən reportajı təqdim edir:
Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.tv
Ermənilərin donuz qanı sürtdüyü evlərdə yaşaya bilərikmi? - paytaxt sakinləri cavab verir
Ukraynada həlak olan azərbaycanlılara şəhid statusu verilməlidirmi?
Bu gün 6 ayı tamam olan Rusiya-Ukrayna müharibəsi barədə Azərbaycan paytaxtının sakinləri nələr düşünürlər?
Üstündən 6 ay keçdikdən sonra, onların fikrincə, bu müharibədə kim haqlıdır və azərbaycanlılara görə, kim qalibdir? Rusiya – Ukrayna müharibəsində 20-ə yaxın azərbaycanlı da həlak olub. Soydaşları onları şəhid sayırmı? Azərbaycan dövləti necə, həmin şəxslərə hansısa ad, onların ailələrinə status və sığorta pulu ödəməlidirmi? Niyə?
TV Müsavat bu suallarla paytaxt sakinlərinə müraciət edib.
Xalqın icra hakimiyyətlərinə münasibətini bilmək istərsinizmi? - Buyurun, baxın - SORĞU
Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu.
İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi.
Bəs paytaxt sakinləri bu haqda nə düşünür? İcra hakimiyyətləri ləğv edilsinmi?
Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.
Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU
Neftimizin qiyməti durmadan artmağa davam edir.
Artıq neftin 1 barelinin qiyməti 128 dollara yaxınlaşır. Müxalif partiyalar isə adətən bu cür hallarda narahat olur. Çünki karbohidrogen məhsullarının qiymətində sürətli və tez-tez olan artım iqtidarın mövqeyini gücləndirir, imkanlarını genişləndirir.
Pandemiya dövründə, 2020-ci ilin bu günlərində Milli Şuranın "Zoom" onlayn platformasında keçirilən müşavirəsində müxalifətçilər neftin o zamankı sürətli ucuzlaşmasından olduqca xoş olur və sevinirdilər.
Bəs hazırda necə, müxalif partiyalar bu hala sevinir, yoxsa kədərlənir?
Eyni zamanda xalq bu məsələyə nə deyir?
Mövzu ilə bağlı Tv Musavatın əməkdaşları müxalifət partiya üzvləri və paytaxt sakinləri arasında sorğu keçirib və onların fikirlərini öyrənməyə çalışıb.
Zelenski yoxsa, Ərdoğan?- Sadə azərbaycanlılara kritik suallar
Savaşan Ukraynanın dünya şöhrətli prezidenti Türkiyə və Azərbaycandan giley-güzar edib. Bəzi təhlilçilər hesab edirlər ki, bu, siyasi manevrdir, adları qeyd olunan ölkələri Putinin qəzəbindən qorumaq üçün anlaşmalı tənqiddir. Əslində isə hər iki türk dövləti-həm Azərbaycan, həm də Türkiyə Ukraynaya görünəndən daha çox və daha ciddi dəstəklər verməkdədirlər. Bu isə Rusiyanın indiki aqressiv rəhbərliyini qəzəbləndirə bilər. Ona görə belə bir siyasi akrobatika nümayiş etdirilir.
Lakin kifayət qədər ciddi ekspertlər də vardır ki, Zelenskinin tənqidlərini birbaşa və ciddi qəbul edərək, onunla qiyabi polemikalara girirlər. Ukrayna prezidentinin bu cür açıqlamaları istər Türkiyədə, istərsə də Azərbaycanda ictimai rəydə də müəyyən təlatümlər yaratdı. Xüsusən Azərbaycanda xalq təmsilçiləri Türkiyəyə söz qondurulmasına heç imkan verməzlər. Azərbaycanda Türkiyə və onun prezidenti Ərdoğana sevgi özünün pik dövrlərini yaşayır və bu baxımdan da, Türkiyəni tənqid edən Zelenski ictimai rəydə müzakirə və mübahisə predmetinə çevrilib.
Bəs sadə xalq – hər gün küçələrdə, avtobus və metrolarda qarşımıza çıxan, gündəlik qayğılarının əlindən tutub paytaxt küçələrini dolaşan vətəndaşlarımız bu barədə nə düşünürlər?
Bunu dəqiqləşdirmək üçün TV Musavat olaraq bir sorğu etdik.
Musavat.com həmin sorğunu təqdim edir: