Videonun müddəti: 3:40 Baxış: 334 Əlavə edilib: 2022.07.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU

Neftimizin qiyməti durmadan artmağa davam edir.

Artıq neftin 1 barelinin qiyməti 128 dollara yaxınlaşır. Müxalif partiyalar isə adətən bu cür hallarda narahat olur. Çünki karbohidrogen məhsullarının qiymətində sürətli və tez-tez olan artım iqtidarın mövqeyini gücləndirir, imkanlarını genişləndirir.

Pandemiya dövründə, 2020-ci ilin bu günlərində Milli Şuranın "Zoom" onlayn platformasında keçirilən müşavirəsində müxalifətçilər neftin o zamankı sürətli ucuzlaşmasından olduqca xoş olur və sevinirdilər.
Bəs hazırda necə, müxalif partiyalar bu hala sevinir, yoxsa kədərlənir?
Eyni zamanda xalq bu məsələyə nə deyir?


Mövzu ilə bağlı Tv Musavatın əməkdaşları müxalifət partiya üzvləri və paytaxt sakinləri arasında sorğu keçirib və onların fikirlərini öyrənməyə çalışıb.
Kateqoriyalar: Danışır paytaxt