Videonun müddəti: 8:18 Baxış: 322 Əlavə edilib: 2022.06.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Zelenski yoxsa, Ərdoğan?- Sadə azərbaycanlılara kritik suallar

Savaşan Ukraynanın dünya şöhrətli prezidenti Türkiyə və Azərbaycandan giley-güzar edib. Bəzi təhlilçilər hesab edirlər ki, bu, siyasi manevrdir, adları qeyd olunan ölkələri Putinin qəzəbindən qorumaq üçün anlaşmalı tənqiddir. Əslində isə hər iki türk dövləti-həm Azərbaycan, həm də Türkiyə Ukraynaya görünəndən daha çox və daha ciddi dəstəklər verməkdədirlər. Bu isə Rusiyanın indiki aqressiv rəhbərliyini qəzəbləndirə bilər. Ona görə belə bir siyasi akrobatika nümayiş etdirilir.

Lakin kifayət qədər ciddi ekspertlər də vardır ki, Zelenskinin tənqidlərini birbaşa və ciddi qəbul edərək, onunla qiyabi polemikalara girirlər. Ukrayna prezidentinin bu cür açıqlamaları istər Türkiyədə, istərsə də Azərbaycanda ictimai rəydə də müəyyən təlatümlər yaratdı. Xüsusən Azərbaycanda xalq təmsilçiləri Türkiyəyə söz qondurulmasına heç imkan verməzlər. Azərbaycanda Türkiyə və onun prezidenti Ərdoğana sevgi özünün pik dövrlərini yaşayır və bu baxımdan da, Türkiyəni tənqid edən Zelenski ictimai rəydə müzakirə və mübahisə predmetinə çevrilib.

Bəs sadə xalq – hər gün küçələrdə, avtobus və metrolarda qarşımıza çıxan, gündəlik qayğılarının əlindən tutub paytaxt küçələrini dolaşan vətəndaşlarımız bu barədə nə düşünürlər?

Bunu dəqiqləşdirmək üçün TV Musavat olaraq bir sorğu etdik.

Musavat.com həmin sorğunu təqdim edir:
Kateqoriyalar: Danışır paytaxt