Bizim Rusiyadan tələbimiz budur: üzr istəsinlər! – Rauf Arifoğlu
Bizim Rusiyadan tələbimiz budur: üzr istəsinlər! – Rauf Arifoğlu
#RaufArifoğlu #Rusiya #üzr #diplomatiya #tələb #Azərbaycan #musavat #tvMusavat #musavattv #xəbərlər #sonxəbər #gündəm
Vasif Talıbov Bakıya gəlməkdən niyə imtina edir? Naxçıvan xanı həbsdən qorxur? Rauf Arifoğlu CANLIda
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. muxtar respublikada gedən həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Burada hər hansı siyasi amil yoxdur.
Naxçıvan gömrüyündə hələ Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi olub. Odur ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi ilə bağlıdır. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir.
Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar. Gələn xəbərlərə görə, bu proses Vasif Talıbovun Ali Məclis sədri postundan uzaqlaşdırılması ilə yekunlaşacaq. Lakin bilgilərə görə, ona qədər daha bir neçə korrupsioner məmurun həbsi gözlənilir.
Bu arada Naxçıvan Dövlər Universitetinin prorektoru, V.Talıbovun oğlu Seymur Talıbovun işdən çıxarılması haqda xəbərlər yayılmışdı. Onun Naxçıvanda baş verən son hadisələr səbəbindən vəzifəsindən azad olunduğu bildirilirdi. Manset.az-ın əməkdaşı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.
Bundan başqa, Naxçıvanla bağlı gələn maraqlı informasiyalar sırasında Kərimov Kamal Əmir oğlunun adı yer alır. O, 2021-ci ildə Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Naxçıvan Sement Zavodu” MMC-nin baş icraçı direktoru təyin edilib. Bu barədə Zavodda işləyən fəhlə Ovqat.com-a məlumat verib. “Naxçıvan Sement Zavodu” MMC Kəngərli rayonunun Böyükdüz kəndində mənzillənən sement zavodudur. Zavod 2013-cü ilin aprelində dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, Kamal Kərimov xan Vasif Talıbovun qudasının qohumu olduğu bildirilir.
Sözügedən zavodda sementlə yanaşı, digər tikinti materialları da istehsal olunur. K.Əmirov Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, vergidən yayınması məsələsi araşdırmalı və istintaqa cəlb edilməlidir. Həmçinin Kamal Kərimovun digər ailə üzvlərinin də Gəmiqaya Holdinqdə yüksək vəzifəyə gətirildiyi qeyd olunur. Eyni zamanda K.Əmirov sement zavoduna özünün yaxın əlaqədə olduğu FETO-çu dostlarını da mühüm postlara təyin etmişdir.
Gündəmdə olan ikinci hadisə İranın içindən çalxalanmasıdır. Artıq Kanada məhkəməsi İran İnqilab Keşikçilərinin Korpusunun (SEPAH) terror qruplaşması siyahısına salındığını bildirib. Globalnews məlumat yayıb. Kanadanın Ontario əyalətinin Ali Məhkəməsi İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bundan əvvəl SEPAH-ın Əl-Qüds xüsusi bölməsi də belə tanınırdı.
Bu qərar mərhum kanadalı vəkilin İran aviaşirkətinə bir milyon dollara yaxın borcunun olması məsələsində verilib. Hakim İran şirkətinin sahibi Babək Zəncani SEPAH-ı maliyyələşdirməkdə ittiham olunduğu üçün borcun ödənilməməsinə qərar verib. Məhkəmə bəyan edib ki, bu borcun ödənilməsi Kanadanın antiterror qanunlarının pozulması deməkdir.
Liberal hökumət uzun müddətdir ki , İranın 55 Kanada vətəndaşı olmaqla 88 nəfəri daşıyan sərnişin təyyarəsini vurduqdan sonra SEPAH-ı Kanadanın terrorçu siyahısına salmaq çağırışları ilə üzləşib. Bu yaxınlarda İİKK-nın Rusiyaya Ukraynada pilotsuz təyyarələrlə zərbələr endirməsinə kömək etdiyi və İranda insan haqları etirazçılarının yatırılmasında iştirak etdiyi iddia edilir. Bununla belə, yalnız SEPAH-nin Qods Gücü bölməsi siyahıdadır.
Putin Əliyevi və Paşinyanı Kremlə çağırdı: İrəvan zorda! Rauf Arifoğlu ilə "CANLI DEBAT"
“Ukrayna artıq gələn həftə Dneprin sağ sahilini və Xerson şəhərini geri ala bilər”.  “AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın “Financial Times” dərgisi yazıb. Qərbdəki hərbi mənbələrə və mütəxəssislərə istinad edən qəzet yazır ki, Xerson vilayətinin işğalçı administrasiyasının əhalinin təcili evakuasiyası barədə qərarı da böyük ehtimalla məhz ərazidə tezliklə həlledici döyüşlərin başlanması və rus ordusunun geri çəkilməsi perspektivi ilə bağlıdır.
Qeyd edək ki, doğrudan da Xersondakı yerli satqınların “hökumətinə” rəhbərlik edən və cəmi bir neçə gün əvvəl - sentyabrın 30-da Kremldə Putinlə birgə Xersonun Rusiyaya birləşdirilməsini bayram edən kollobarant Vladimir Saldo ötən gün rəsmən yerli əhalini Xerson şəhərini və vilayətin digər bölgələrini tərk etməyə çağırıb. Həmçinin, o, Moskvaya müraciət edib ki, evakuasiya üçün şərait yaratsın. Bunu da onunla əsaslandırıb ki, Ukrayna tərəfinin hücumları, artilleriya atəşləri çoxalıb və əhalini daha təhlükəsiz ərazilərə köçürmək lazımdır. Ancaq qeyd edək ki, istər yerli əhalinin, xüsusilə də işğalçı administrasiya ilə işbirliyində olanların, istərsə də geri çəkilmək məcburiyyətində qalacağı gözlənilən rus hərbi birləşmələrinin Dneprin sol sahilinə keçməsi, qaçması məlum səbəblərdən asan olmayacaq. Çünki kütləvi axını təmin edəcək körpü və paromlar kifayət edə biləcək gücdə və miqdarda deyil.
Əslində isə Xerson cəbhəsində getdikcə Ukrayna tərəfinin həm şəxsi heyət, həm də silah-sursat təminatı, atəş imkanları, əlverişli hücum mövqeləri və ən əsası da motivasiya baxımından rus ordu qruplaşması üzərində üstünlüyü durmadan artmaqda davam edir. Körpülərin dağıdılması və Xerson şəhərinə gələn bütün yolların, bəndlərin, bərələrin və s. vurulması səbəbindən təminatı günbəgün zəifləyən rus hərbi qruplaşması isə geri çəkilmək və şəhərin həndəvərlərində müdafiə mövqeləri qurmaq məcburiyyətindədir. Həmçinin, şəhərdəki işğalçı qüvvələrin gündəlik istifadə etdiyi siulah-sursat, mərmi, yanacaq, ərzaq və s. ilə Dnepr üzərindən daşınması çətinliklə mümkün olan bütün bu ehtiyatların miqdarı arasında tərsmütənasiblik var.
Doğrudur, şəhəri müdafiə edən desant qüvvələri rus ordusunun digər bölmələri ilə müqayisədə daha savadlı, dayanıqlı müdafiə xətti qurmağa qismən də olsa nail olublar. Lakin ötən gün Xerson vilayətinin daha 5 yaşayış məntəqəsinin Ukrayna Ordusu tərəfindən azad edilməsi göstərdi ki, bu ərazidəki rus qoşunları şəhərin azad edilməsini sadəcə, bir qədər yubada bilərlər, ancaq ümumilikdə bunun qarşısını ala bilməzlər.
Praqada 3-cü Qarabağ müharibəsi: kim nə əldə etdi? Rauf Arifoğlu ilə "CANLI DEBAT"
Praqada (Çexiya) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə liderləri ilə görüşləri zamanı “artsax məsələsi”nə yağlı nöqtə qoyuldu. Bu məsələ həmişəlik bağlandı!
Bu fikrləri məşhur erməni siyasi icmalçı Anjela Əlibəyova “Review” verilişinin efirində səsləndirib.
“BMT-nin qərarından və Erməni parlamentinin son bəyanatından anladığımız qədər, İrəvan hakimiyyəti Praqada “artsax məsələsi”nin həllindən imtina etdi. Paşinyanın əsas məqsədi Ermənistan Respublikasının ərazi bütövlüyünə diqqət yetirmək və saziş bağlamaq idi.
Praqada rəsmən 3-cü Qarabağ müharibəsi yaşanıb. Hansı tərəf, nələr əldə etdi? Bundan sonra hədəflər necədir?
TƏCİLİ: Müdafiə Nazirliyi daha 21 şəhidimiz olduğunu açıqladı – Rauf Arifoğlu ilə “Canlı debat”
TƏCİLİ: Müdafiə Nazirliyi daha 21 şəhidimiz olduğunu açıqladı – SON rəqəmlər – Rauf Arifoğlu ilə “Canlı debat”
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların adları açıqlanıb.
Musavat.com Müdafiə Nazirliyinə istinadən siyahını təqdim edir:
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı
Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.
Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Sülhməramlılar yeni yolu “Laçın dəhlizi” kimi rəsmiləşdirdi-məqsəd – Rauf Arifoğlu ilə “Canlı debat”
Bir neçə gündür ki, ermənilər Xankəndi-Ermənistan istiqmətində hərəkət edərkən yeni salınmış yoldan istifadə edirlər. Laçın rayonun mərkəzi və köhnə dəhlizdəki 3 kəndi də ordumuzun nəzarətinə qaytarıldıqdan sonra “Laçın dəhlizi” ifadəsi artıq tarixə çevrilib. Son illərə qədər Ermənistanı Qarabağla birləşdirən yeganə yol bizim “Laçın dəhlizi” kimi tanıdığımız İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu idi. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşdiyi üçün bu dəhliz Ermənistan üçün daim ciddi strateji əhəmiyyətə malik olub. Bir daha qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir. Yəni bəhs edilən yol Laçın rayonunun heç bir məntəqəsinin bilavasitə içərisindən keçmir.
Ancaq indi narahatçılıq doğuran əsas səbəb Rusiya hərbi kontingentinin növbəti 3 il ərzində nəzarət edəcəyi yola “dəhliz statusu” verməsidir. Rusiya tərəfi alternativ yolun ətrafını da Rusiya sülhməramlı hərbi kontingentinin məsuliyyət zonasına daxil olan dəhliz hesab edirlər. Həm də köhnə adı ilə...
Bunu köhnə Laçın dəhlizinə alternativ yolun istifadəyə verildiyi 30-31 avqust tarixlərindən başlayaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı kontingentə aid bölmənin gündəlik bülletenlərində yeni  yol barədə “Laçın dəhlizi” ifadəsinin işlənməsidir. Belə ki, sülhməramlıların 31 avqust tarixli xəbər bülletenində iki dəfə “Laçın dəhlizi” ifadəsi işlənir. Birincisi, Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı cümlədə, ikincisi isə Azərbaycan avtomobil karvanlarının “Laçın dəhlizi”ndən keçərkən müşayiət olunması qeyd edilən cümlədədir.  1- 6 sentyabr tarixlərində Rusiya MN-in bəhs edilən xəbər bülletenində hər gün “Laçın dəhlizi” ifadəsi işlədilir.
Qarabağ separatçıları da bundan ruhlanaraq  yeni dəhlizdə “artsax qanunvericiliyinin”  tətbiq edildiyini iddia edirlər. Onların iddiasına görə, dəhlizdə nə erməni, nə də Azərbaycan hərbi mövcudluğu olacaq. Dəhliz yalnız Rusiya sülhməramlı kontingentinin nəzarəti altında fəaliyyət göstərəcək.  Hətta ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi və yeni marşrut üzrə yüksəklikdə Azərbaycan postunun mövcudluğu ilə bağlı da qarınağrısına düşüblər.
Rusiya “Laçın dəhlizi” ifadəsini niyə işlətməkdə israr edir? Yeni salınmış yolu Azərbaycan məsələn, hələ əvvəldən “Qaladərəsi yolu” adlandıra bilərdi. Çünki “alteranativ yol” heç nə ifadə etmir. Bəzi ekspertlər iddia edir ki, Bakı Rusiyaya etiraz etməli və yeni yola “Laçın dəhlizi” və ya sadəcə, dəhliz deməklərinə etirazını bildirməlidir.
Azərbaycana qarşı 3 dövtin kəşfiyyatı təxribat hazırlayır! - Rauf Arifoğludan şok açıqlama
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
"TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ ,  tr.minval.az (anadolu türkcəsi)
Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
"Xankəndidə “artsax” adlı xuntanın 31 illiyini qeyd edəcəklər –İMKAN VERMƏMƏLİYİK!" – Rauf Arifoğlu
Azərbaycana qarşı diversant qruplar! – Rauf Arifoğlu ilə “Canlı debat”
“Qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var.
Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var.
Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var. Məndə bu işlə məşğul olan, bu işə azərbaycanlıları cəlb edən insanların adları var. Burda söhbət heç də yaxşı niyyətdən, yaxşı məqsəddən getmir, gedə də bilməz”.
Bu sözləri politoloq Ərəstun Oruclu ASTNA-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda Qazaxıstan ssenarisi istisna deyil. Nələr gözlənilir? Təhlükəyə özümüzü hazırlamalıyıqmı?
Səfər Mehdiyevin yerinə kim gəlir? – Rauf Arifoğlu ilə “Canlı debat”
Şənbə günü Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin adı nəhaət bu gün qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Səfər Mehdiyevin adının Dövlət Gömrük Komitəsinin saytından rəsmi sərəncam veriləndən sonra iki sutka ərzində çıxarılmamasına irad tutulmuşdu. Hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin birinci müavin, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov tərəfindən icra olunduğu bildirilir.
Səfər Mehdiyevin yerinə kim rəhbərliyə gətiriləcək? Sözügedən qurumda növbəti həbslər olacaqmı? Qazimizin intiharı ilə bağlı kimlərin cəzalanacağı gözlənilir?
"Ölkə başçısı hərbi əməliyyatın anonsunu verdi" - Rauf Arifoğludan DƏRİN TƏHLİL
Şənbə günü Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin adı nəhaət bu gün qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Səfər Mehdiyevin adının Dövlət Gömrük Komitəsinin saytından rəsmi sərəncam veriləndən sonra iki sutka ərzində çıxarılmamasına irad tutulmuşdu. Hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin birinci müavin, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov tərəfindən icra olunduğu bildirilir.
Səfər Mehdiyevin yerinə kim rəhbərliyə gətiriləcək? Sözügedən qurumda növbəti həbslər olacaqmı? Qazimizin intiharı ilə bağlı kimlərin cəzalanacağı gözlənilir?
TƏCİLİ - Bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Rauf Arifoğlu ilə "CANLI DEBAT"
Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib. Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.
Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.
Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə - Sus və Zabuxda - ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.
2020-ci ildə “sülhməramlı” adı ilə Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər.
Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.
Paşinyanın haqqında bəhs etdiyi Sus kəndi Həkəri və Zabux çaylarının sahilində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb.
Sus kəndinin əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik olub. Vaxtilə Susda Həkəri çayı boyunca tut, alma, gilas bağları mövcud idi.