Videonun müddəti: 1:05:05 Baxış: 349 Əlavə edilib: 2022.09. 9
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Sülhməramlılar yeni yolu “Laçın dəhlizi” kimi rəsmiləşdirdi-məqsəd – Rauf Arifoğlu ilə “Canlı debat”

Bir neçə gündür ki, ermənilər Xankəndi-Ermənistan istiqmətində hərəkət edərkən yeni salınmış yoldan istifadə edirlər. Laçın rayonun mərkəzi və köhnə dəhlizdəki 3 kəndi də ordumuzun nəzarətinə qaytarıldıqdan sonra “Laçın dəhlizi” ifadəsi artıq tarixə çevrilib. Son illərə qədər Ermənistanı Qarabağla birləşdirən yeganə yol bizim “Laçın dəhlizi” kimi tanıdığımız İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu idi. Kəlbəcər və Qubadlı kimi digər rayonlar da bu yola birləşdiyi üçün bu dəhliz Ermənistan üçün daim ciddi strateji əhəmiyyətə malik olub. Bir daha qeyd edək ki, alternativ yol Şuşa rayonunun Turşsu qəsəbəsi, Göytala, Onverst, Sarıbaba, Böyük və Kiçik Qaladərəsi kəndlərinin yanından və ya ərazilərindən, Laçın rayonunun isə Ağanus, Unannovu, Ərəb, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf kəndləri və Qayğı qəsəbəsinin yaxınlığından keçir. Yəni bəhs edilən yol Laçın rayonunun heç bir məntəqəsinin bilavasitə içərisindən keçmir.

Ancaq indi narahatçılıq doğuran əsas səbəb Rusiya hərbi kontingentinin növbəti 3 il ərzində nəzarət edəcəyi yola “dəhliz statusu” verməsidir. Rusiya tərəfi alternativ yolun ətrafını da Rusiya sülhməramlı hərbi kontingentinin məsuliyyət zonasına daxil olan dəhliz hesab edirlər. Həm də köhnə adı ilə...

Bunu köhnə Laçın dəhlizinə alternativ yolun istifadəyə verildiyi 30-31 avqust tarixlərindən başlayaraq, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı sülhməramlı kontingentə aid bölmənin gündəlik bülletenlərində yeni yol barədə “Laçın dəhlizi” ifadəsinin işlənməsidir. Belə ki, sülhməramlıların 31 avqust tarixli xəbər bülletenində iki dəfə “Laçın dəhlizi” ifadəsi işlənir. Birincisi, Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi ilə bağlı cümlədə, ikincisi isə Azərbaycan avtomobil karvanlarının “Laçın dəhlizi”ndən keçərkən müşayiət olunması qeyd edilən cümlədədir. 1- 6 sentyabr tarixlərində Rusiya MN-in bəhs edilən xəbər bülletenində hər gün “Laçın dəhlizi” ifadəsi işlədilir.

Qarabağ separatçıları da bundan ruhlanaraq yeni dəhlizdə “artsax qanunvericiliyinin” tətbiq edildiyini iddia edirlər. Onların iddiasına görə, dəhlizdə nə erməni, nə də Azərbaycan hərbi mövcudluğu olacaq. Dəhliz yalnız Rusiya sülhməramlı kontingentinin nəzarəti altında fəaliyyət göstərəcək. Hətta ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi və yeni marşrut üzrə yüksəklikdə Azərbaycan postunun mövcudluğu ilə bağlı da qarınağrısına düşüblər.
Rusiya “Laçın dəhlizi” ifadəsini niyə işlətməkdə israr edir? Yeni salınmış yolu Azərbaycan məsələn, hələ əvvəldən “Qaladərəsi yolu” adlandıra bilərdi. Çünki “alteranativ yol” heç nə ifadə etmir. Bəzi ekspertlər iddia edir ki, Bakı Rusiyaya etiraz etməli və yeni yola “Laçın dəhlizi” və ya sadəcə, dəhliz deməklərinə etirazını bildirməlidir.
Kateqoriyalar: Canlı debat
Mövzular: rauf arifoğlu