Videonun müddəti: 1:02:04 Baxış: 315 Əlavə edilib: 2022.07.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Azərbaycana qarşı diversant qruplar! – Rauf Arifoğlu ilə “Canlı debat”

“Qonşu ölkələrdə Azərbaycana qarşı diversant qruplar yaradılıb və bu sadəcə hansısa bir qeyri-ciddi məlumata söykənən bəyanat deyil. Bu barədə mənim çox ciddi və çox əsaslı məlumatım var.

Hətta bu işlərlə kimlərin məşğul olduğu, hansı keçmiş azərbaycanlı yüksək vəzifəli hərbçilərin Rusiyada azərbaycanlıları diaspor fəaliyyəti adı altında əməkdaşlığa cəlb edərək müəyyən təlimlər keçməsi haqda məlumatlarım var.

Rusiyada yaşayan azərbaycanlılar arasından kimlərin İrana keçməsi, Tehranda, Təbrizdə, Qumda oturaraq Rusiyada yaşayan azərbaycanlı gəncləri təhsil adı ilə İrana aparması və xüsusi təlimlərə cəlb etməsi haqda çoxsaylı faktlar və kifayət qədər etibarlı məlumatlar var. Məndə bu işlə məşğul olan, bu işə azərbaycanlıları cəlb edən insanların adları var. Burda söhbət heç də yaxşı niyyətdən, yaxşı məqsəddən getmir, gedə də bilməz”.

Bu sözləri politoloq Ərəstun Oruclu ASTNA-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda Qazaxıstan ssenarisi istisna deyil. Nələr gözlənilir? Təhlükəyə özümüzü hazırlamalıyıqmı?
Kateqoriyalar: Canlı debat