Videonun müddəti: 1:05:44 Baxış: 325 Əlavə edilib: 2022.09.15
Pinterest
LinkedIn
WhatsApp
Telegram

TƏCİLİ: Müdafiə Nazirliyi daha 21 şəhidimiz olduğunu açıqladı – Rauf Arifoğlu ilə “Canlı debat”

TƏCİLİ: Müdafiə Nazirliyi daha 21 şəhidimiz olduğunu açıqladı – SON rəqəmlər – Rauf Arifoğlu ilə “Canlı debat”

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların adları açıqlanıb.

Musavat.com Müdafiə Nazirliyinə istinadən siyahını təqdim edir:
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Kateqoriyalar: Canlı debat