İlk əlamət göründü: Rusiyada vətəndaş müharibəsi... – Şok iddia – Qabil Hüseynli ilə “Canlı debat”
“Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra Vladimir Putinin bunkerində Ukrayna ilə müharibədə qalib gəlmək ehtimalına inanan bir nəfər belə qalmayıb”.
Bunu rusiyalı politoloq və jurnalist Andrey Piontkovski deyib.
“Hamı Putindən yaxa qurtarmaq və özünü Qərblə konstruktiv danışıqlar aparan tərəf kimi təqdim etmək arzusundadır. Belə xəyalpərəstlər həddən artıq çoxdur”, - ekspert bildirib.
Onun sözlərinə görə, Xersonun Ukrayna ordusunun nəzarətinə keçməsindən sonra Rusiyada vətəndaş müharibəsinin əlamətləri görünməyə başlayıb. “Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra fundamental hadisə baş verdi. Bunkerdə Rusiyanın qələbəsi ehtimalına inanan, Ukraynanın qalib gələcəyini anlamayan bir nəfər də qalmadı”, - Piontkovski vurğulayıb.
Rayonlarımız yenə atəşə tutuldu,“Qisas-2” yetişir: Vardanyanı dronla vuraqmı? Qabil Hüseynli CANLIda
Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Ümumiyyətlə, Brüssel görüşündən dərhal sonra Ermənistan təxribatlara başladı. Təhlükəsizlik Şurası sədri Armen Qriqoryan Qarabağa gəldi, Kəlbəcər və Laçın atəşə tutuldu, habelə erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçdü.
Eyni zamanda Ermənistan XİN başçısı Mirzoyan Moskvaya, müdafiə naziri Papikyan isə Vaşinqtona yola düşüb. Brüssel görüşündən sonra nə baş verir? “Qisas- 2” əməliyyatı yaxınlaşırmı? Vardanyanı Qarabağa qanunsuz köçünə görə vura bilərikmi? Bakı niyə bu addımlara səbr edir?
Ən ciddi ehtimal budur ki, Vardanyanın Qarabağa yerləşmək qərarı Rusiyanın razılığı ilə atılmış addımdır. Bu səbəbdən Vardanyan hər şeydən öncə Rusiyanın “çətiri” altından çıxdığı görüntüsü yaradır, Moskvanı Bakının mümkün şübhə və suallardan “sığortalayır”.
Qarabağ ermənilərinin ümidsizləşməsi, reallığı anlamaları və Bakının əraziləri üzərində nəzarəti bərpa etməsi isə Rusiyanı da narahat etməyə başlayır. Bunu sülhməramlıları Qarabağda olan Rusiya hamıdan tez görür.
“Hraparak” nəşri Rusiya milyarderinin Qarabağda gözlənilən fəaliyyəti ilə bağlı xəbər yayıb ki, Vardanyan “artsax”ın adi vətəndaşı statusuna malik olmayacaq, onun potensialından idarəetmə sistemində istifadə etməyə çalışacaqlar, hətta yaxın vaxtlarda o, “dövlət naziri” təyin olunacaq”.
TVMusavat-ın canlı efirində “Həftə içi”nin qonağı professor Qabil Hüseynli ilə son hadisələri təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
"Paşinyan indi də sülhməramlılardan şikayətlənir" - Qabil Hüseynli
Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat
ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat
TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada...
Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz.
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
"TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ ,  tr.minval.az (anadolu türkcəsi)
Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
ZELENSKİ PUTİNƏ MEYDAN OXUDU... - “Düşmənin buna cəsarəti çatmir...” – Qabil Hüseynli ilə “Canlı debat”
“Rusiya artıq müasir artilleriyanın nə demək olduğunu və işğal etdikləri torpaqlarımızda onların təhlükəsiz arxa cəbhəsinin olmayacağını yaxşı hiss edir. Onlar hiss edirlər ki, bizim kəşfiyyatçıların öz vətənlərini qorumaq üçün keçirdikləri əməliyyatlar onların istənilən “xüsusi əməliyyat”ından qat-qat güclüdür”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün son videomüraciətində söyləyib. Prezident bildirib ki, rus əsgərləri müharibənin 40-cı həftəsində öz acizliklərini, eləcə də məğlubiyyəti hiss edir və Ukrayna Ordusundan qorxduqlarını gizlətmirlər: “Rusiya əsgərləri, onların qeydə aldığımız danışıqlarından da gördüyümüz kimi, açıq-aşkar bizim Silahlı Qüvvələrdən qorxurlar.
Bu müharibənin 139-cu günündə, demək olar 20 həftədə dünyanın ikinci ordusu sayılan ordu ukraynalılardan qorxur və yalnız sonsuz sayda köhnə sovet silahları ilə nəsə etməyə çalışır. Onların artıq nə strateji gücü, nə xarakteri, nə də anlayışları yoxdur ki, burada, bizim torpaqda nə edirlər. Və zərrə qədər cəsarətləri də çatmır ki, məğlubiyyətlərini etiraf edib öz qoşunlarını Ukraynadan çəksinlər”.
Zelenski əlavə edib ki, Ukrayna mütləq hər şeyi bərpa etməyə və müstəqil xarici siyasət aparmağa özündə güc tapacaq.
Xatırladaq ki, ötən gün Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Volodimir Zelenskinin ölkənin cənubunun azad edilməsinə dair əmr verdiyini açıqlayıb.