Videonun müddəti: 1:03:51 Baxış: 243 Əlavə edilib: 2022.09. 6
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rayonlarımız yenə atəşə tutuldu,“Qisas-2” yetişir: Vardanyanı dronla vuraqmı? Qabil Hüseynli CANLIda

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Ümumiyyətlə, Brüssel görüşündən dərhal sonra Ermənistan təxribatlara başladı. Təhlükəsizlik Şurası sədri Armen Qriqoryan Qarabağa gəldi, Kəlbəcər və Laçın atəşə tutuldu, habelə erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçdü.
Eyni zamanda Ermənistan XİN başçısı Mirzoyan Moskvaya, müdafiə naziri Papikyan isə Vaşinqtona yola düşüb. Brüssel görüşündən sonra nə baş verir? “Qisas- 2” əməliyyatı yaxınlaşırmı? Vardanyanı Qarabağa qanunsuz köçünə görə vura bilərikmi? Bakı niyə bu addımlara səbr edir?

Ən ciddi ehtimal budur ki, Vardanyanın Qarabağa yerləşmək qərarı Rusiyanın razılığı ilə atılmış addımdır. Bu səbəbdən Vardanyan hər şeydən öncə Rusiyanın “çətiri” altından çıxdığı görüntüsü yaradır, Moskvanı Bakının mümkün şübhə və suallardan “sığortalayır”.
Qarabağ ermənilərinin ümidsizləşməsi, reallığı anlamaları və Bakının əraziləri üzərində nəzarəti bərpa etməsi isə Rusiyanı da narahat etməyə başlayır. Bunu sülhməramlıları Qarabağda olan Rusiya hamıdan tez görür.
“Hraparak” nəşri Rusiya milyarderinin Qarabağda gözlənilən fəaliyyəti ilə bağlı xəbər yayıb ki, Vardanyan “artsax”ın adi vətəndaşı statusuna malik olmayacaq, onun potensialından idarəetmə sistemində istifadə etməyə çalışacaqlar, hətta yaxın vaxtlarda o, “dövlət naziri” təyin olunacaq”.

TVMusavat-ın canlı efirində “Həftə içi”nin qonağı professor Qabil Hüseynli ilə son hadisələri təhlil edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi