Videonun müddəti: 1:12:47 Baxış: 230 Əlavə edilib: 2022.11.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İlk əlamət göründü: Rusiyada vətəndaş müharibəsi... – Şok iddia – Qabil Hüseynli ilə “Canlı debat”

“Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra Vladimir Putinin bunkerində Ukrayna ilə müharibədə qalib gəlmək ehtimalına inanan bir nəfər belə qalmayıb”.
Bunu rusiyalı politoloq və jurnalist Andrey Piontkovski deyib.

“Hamı Putindən yaxa qurtarmaq və özünü Qərblə konstruktiv danışıqlar aparan tərəf kimi təqdim etmək arzusundadır. Belə xəyalpərəstlər həddən artıq çoxdur”, - ekspert bildirib.

Onun sözlərinə görə, Xersonun Ukrayna ordusunun nəzarətinə keçməsindən sonra Rusiyada vətəndaş müharibəsinin əlamətləri görünməyə başlayıb. “Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra fundamental hadisə baş verdi. Bunkerdə Rusiyanın qələbəsi ehtimalına inanan, Ukraynanın qalib gələcəyini anlamayan bir nəfər də qalmadı”, - Piontkovski vurğulayıb.
Kateqoriyalar: Canlı debat
Mövzular: qabil hüseynli