Videonun müddəti: 1:07:40 Baxış: 307 Əlavə edilib: 2022.07.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ZELENSKİ PUTİNƏ MEYDAN OXUDU... - “Düşmənin buna cəsarəti çatmir...” – Qabil Hüseynli ilə “Canlı debat”

“Rusiya artıq müasir artilleriyanın nə demək olduğunu və işğal etdikləri torpaqlarımızda onların təhlükəsiz arxa cəbhəsinin olmayacağını yaxşı hiss edir. Onlar hiss edirlər ki, bizim kəşfiyyatçıların öz vətənlərini qorumaq üçün keçirdikləri əməliyyatlar onların istənilən “xüsusi əməliyyat”ından qat-qat güclüdür”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün son videomüraciətində söyləyib. Prezident bildirib ki, rus əsgərləri müharibənin 40-cı həftəsində öz acizliklərini, eləcə də məğlubiyyəti hiss edir və Ukrayna Ordusundan qorxduqlarını gizlətmirlər: “Rusiya əsgərləri, onların qeydə aldığımız danışıqlarından da gördüyümüz kimi, açıq-aşkar bizim Silahlı Qüvvələrdən qorxurlar.

Bu müharibənin 139-cu günündə, demək olar 20 həftədə dünyanın ikinci ordusu sayılan ordu ukraynalılardan qorxur və yalnız sonsuz sayda köhnə sovet silahları ilə nəsə etməyə çalışır. Onların artıq nə strateji gücü, nə xarakteri, nə də anlayışları yoxdur ki, burada, bizim torpaqda nə edirlər. Və zərrə qədər cəsarətləri də çatmır ki, məğlubiyyətlərini etiraf edib öz qoşunlarını Ukraynadan çəksinlər”.

Zelenski əlavə edib ki, Ukrayna mütləq hər şeyi bərpa etməyə və müstəqil xarici siyasət aparmağa özündə güc tapacaq.

Xatırladaq ki, ötən gün Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Volodimir Zelenskinin ölkənin cənubunun azad edilməsinə dair əmr verdiyini açıqlayıb.
Kateqoriyalar: Canlı debat