Videonun müddəti: 1:00:27 Baxış: 317 Əlavə edilib: 2022.07. 4
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Özbəkistandakı hadisələrin ssenarisi üzə çıxdı – günbəgün, saatbasaat “Canlı debat”da

Özbəkistan son dövrlərdə geosiyasi mövqeyi, əhalisi və etdiyi siyasi seçimlərə görə dünya təhlükəsizlik arxitekturasının yenidən müzakirəyə çıxarıldığı indiki dövrdə diqqəti daha çox cəlb edir. Daşkənd 2017-ci ildən sonra atdığı inteqrasiya addımları, Ukrayna müharibəsində qəti mövqeyi və Əfqanıstan probleminin həllində açar olması ilə, eyni zamanda TDT-nin üzvlərindən biri kimi xüsusi önəmə sahibdir.

Orta Asiya yenidən qarışır. Türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına cəhd göstərilir. Və böyük ehtimalla Orta Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsi olan bu proses yaxın gələcəkdə daha da dərinləşə bilər.
Təbii ki, Orta Asiyada baş verən yeni toqquşmalarda kənar təsirlərin rolunu axtarmaq qətiyyən yersiz deyil. Çünki, bu region da Cənubi Qafqaz kimi, nəhəng dövlətlərin maraqları daxilindədir. Və bu bölgə yaxın gələcəkdə Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərindədir.
Onu da qeyd edək ki, Orta Asiyada yeni xaos məkanının yaradılmasına ilk cəhdlər buna qədər artıq edilmişdi. Həmin cəhdlərin xəbərçisi isə məhz "SSRİ.2" layihəsini reallaşdırmaq niyyəti artıq şübhə doğurmayan Rusiyanın əsas müttəfiqi Belarusun prezidenti Aleksandr lukaşenko olmuşdu. Ötən ilin sonlarında "Batka" bildirmişdi ki, Orta Asiya ölkələri yeni ittifaq dövlətinin tərkibinə daxil olacaqlar. O, bu sırada Qazaxıstan və Özbəkistanı xüsusi olaraq, qeyd etmişdi.