Videonun müddəti: 58:46 Baxış: 240 Əlavə edilib: 2022.07. 1
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçın şəhəri bu tarixdə nəzarətimizə keçir – Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”

10 noyabr 2020-ci il kapitulyasiya aktının 6-cı bəndinə görə, 3 il ərzində (2020-23) Laçın dəhlizinə alternativ yol tikiləcək və nəticədə Laçın və ətraf kəndlər (Zabux, Sus və s.) də Azərbaycanın nəzarətinə keçmiş olacaq. Ordakı süni məskunlaşdırılan ermənilər isə çıxarılacaq. Bu yaxınlarda Azərbaycan tərəfi bəyan elədi ki, yol 2022-c il iyulun əvvəlinə və ya uzağı yayın axırına hazır olacaq.

Ermənistan baş naziri Nikol Paşinyan da bu günlərdə faktı əsasən təsdiqləyərək bildirib ki, alternativ yol açılandan sonra keçmiş DQMV ərazisinə daxil olmayan ərazilər Azərbaycanın nəzarətinə veriləcək, ordakı “narazı ermənilər”in məskunlaşdırılması üçün isə müvafiq tədbirlər görüləcək.

Lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən bir qədər fərqli fikir söyləyib. Sitat: “Biz həll yolu tapmaq üçün bütün bu məsələləri Qarabağ tərəfdaşlarımızla müzakirə edirik. “Artsax hökuməti” bu istiqamətdə işləyir. Yolun bir hissəsi və sakinlər üçün həllin tapılması ilə bağlı hələ vaxtımız var - təxminən il yarım. Biz “Artsax hökuməti” ilə işləyəcəyik və həll yolu tapacağıq”.

Burada diqqət çəkən məqam “ilyarım” məsələsidir. Belə çıxır, alternativ yol gələn ilin axırında açılacaq, Laçın şəhəri də o zaman nəzarətimizə keçəcək? Qriqoryan nəyə işarə edir?

“Ermənistan ərazisindən Naxçıvana tranzit yolla keçərkən Azərbaycan mallarından vergi tutulacaq. Mütləq sərhəd nəzarəti olacaq. Dəfələrlə demişik ki, Ermənistandan keçən yolun dəhliz məntiqini istisna edirik. Bizim siyasətimiz olduğu kimi qalır. Azərbaycanla Ermənistanın mövqeləri yaxınlaşıb deyəndə də sərhəd nəzarətinin tətbiqini nəzərdə tuturuq”.

Bunu da Qriqoryan söyləyib. Elə isə Azərbaycan da Laçın dəhlizində və ya tikilən yeni alternativ yolda eyni gömrük- yoxlama rejimi tətbiq edəcəkmi?

Xatırladaq ki, Azərbaycan Prezidenti bu xüsusda öz mövqeyini Brüssel görüşlərinin birində açıq şəkildə bildirib. Deyib ki, Zəngəzur dəhlizində hansı yoxlama rejimi olacaqsa, Laçın dəhlizində də eynisi tətbiq ediləcək. Bu da tamamilə məntiqlidir.

Çünki kapitulyasiya aktının 9-cu bəndində aydın yazılıb ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolda yüklərin və sərnişinlərin maneəsiz hərəkətə zəmanət verməlidir. Bu da elə dəhliz məntiqidir. Yəni heç bir maneə yaradıla bilməz. Əks halda, həmin bənd pozulmuş sayılacaq və deməli, Azərbaycan da Laçın yolunda və ya yeni yolda analoji rejimi tətbiq eləməli olacaq.


Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US

iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460

#Trend #Azərbaycan #Xəbər

#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Kateqoriyalar: Canlı debat Siyasət