Videonun müddəti: 41:12 Baxış: 6.5K Əlavə edilib: 2022.07.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağdakı təxribatda Rusiya izi: hərbi analitikdən sensasion detallar - CANLI

Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri Azərbaycan ərazilərində son aylar ərzində kifayət qədər böyük qanun pozuntularına yol veriblər. Həm Qarabağ ərazisinə sülhməramlılar tərəfindən qanunsuz silah daşınması, yəni Laçın rayonunda Azərbaycana məxsus infrastrukturun rus sülhməramlıları tərəfindən sökülüb daşınması, həm Xocalı ərazisində erməni silahlılarının Azərbaycan mövqelərinə qarşı istehkam qurğuları hazırlanması, həm də erməni silahlılarının rusların nəzarətində olan ərazilərdən daha əvvəl əsgərimizə qumbara atması və başqa qanun pozuntuları onu göstərir ki, Rusiya sülhməramlıları öz funksional vəzifələrini artıq yerinə yetirmək durumunda deyil. Bəs, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması nədən xəbər verir və aciz durumda olan ermənilər hansı hesablar apararaq Azərbaycanın yeni antiterror əməliyyatına vadar edəcək addımlar atırlar?
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics