Videonun müddəti: 51:57 Baxış: 10K Əlavə edilib: 2022.08. 2
Pinterest
LinkedIn
WhatsApp
Telegram

ŞOK: Rus imperiyasının bərpa planı rəsmən elan edildi, sonra isə... - CANLI

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə ağlına gələni danışıb. Görünür yenə sərxoş olan Medvedev sağa-sola təhdidlər yağdırıb. Təhdid mesajlarını "Vkontakte" hesabında paylaşan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini ayıldıqdan sonra irihəcmli statusunu silsə də, onun fikirlərini əks etdirən skrin-şotlar artıq dünya mediasını bəzəyir. “Ukrayna ələ keçiriləndən sonra sıra Vətənimizin heç vaxt bitməyən sərhədlərinin bərpasına gəlib çatacaq” - deyə, Medvedev bildirib. Ardınca Medvedev Gürcüstanın indiki sərhədləri daxilində Rusiya imperiyası dövründə yaradıldığını yazıb. O, növbəti dəfə Qazaxıstanı təhdid edib. Belə ki, Qazaxıstanı "süni dövlət" adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini o qədər sərxoş olub ki, bu ölkənin ərazisində ilk dəfə rusların məskunlaşdığını iddia edib. “Qazaxıstan hakimiyyəti müxtəlif etnik qrupların respublika daxilində məskunlaşdırılması təşəbbüslərini həyata keçirməyə başladı ki, bu da rusların soyqırımı kimi qiymətləndirilə bilər. Ruslar ora gələnə qədər nizam-intizam olmayacaq”, - Medvedev sonradan sildiyi yazısında bildirib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin “VKontakte”dəki səhifəsi dağıdılıb. Məlumatı BBC yayıb. Məlumata görə, keçmiş prezident, sədr müavini “VKontakte”dəki səhifəsində Rusiyanın yenidən bütövləşəcəyini vəd edib: “Bunadək heç vaxt mövcud olmamış Gürcüstan birləşəcək. Qazaxıstan isə süni dövlətdir”. Bildirilib ki, D.Medvedevin adından status avqustun 2-də gecə saatlarında yayılıb. O deyib ki, suverenitetlərin paradı tezliklə bir daha keçirilməyəcək: “Sovet İttifaqının bütün xalqları yenidən bir yerdə dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayacaq. Bunun üçün nə gücümüzü, nə də vəsaitimizi əsirgəməyəcəyik. Kiyev və bütün Malorusiya (Ukraynanı nəzərdə tutur - red.) milliyyətçi bandalardan azad edildikdən sonra... Rus yenidən vahid, güclü və məğlubedilməz olacaq”... Medvedevin köməkçisi Oleq Osipov vurğulayıb ki, sədr müavininin səhifəsi dağıdılıb və bəhs etdiyimiz qeyd dərc olunub: “Administrasiya sosial şəbəkə və qeydi ora yerləşdirənlə bağlı araşdırma aparacaq”. Məlumata görə, “VKontakte”də D.Medvedevin 2,2 milyon izləyicisi var. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics