Videonun müddəti: 44:19 Baxış: 5.1K Əlavə edilib: 2022.07.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağda antiterror planı: Rusiya qarışacaqmı? CANLI

Deputat Vahid Əhmədov müsahibəsində bildirib ki, Rusiya bizə qarşı nə vaxt yaxşı münasibətdə olub ki: “Son vaxtlarda da müəyyən təhdidlər var, gəlib-gedirlər. Qarabağ məsələsini götürək. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamənin hansı maddəsi yerinə yetirilib? Nə sərhədlərin delimitasiya və demarkasiyası, nə oradan erməni silahlı birləşmələrinin çıxarılması, nə də Zəngəzur dəhlizinin tikintisinə başlanması baş verib. Düzdür, bir çox hallarda bunun təqsirini İrəvanda görürük, amma onun arxasında duran Rusiyadır. Odur ki, bizə münasibət bəllidir. Rusiyada koloniya siyasəti mövcuddur. Moskva istəyir ki, Azərbaycanı da öz koloniyası kimi saxlasın. Bu da mümkün deyil. Azərbaycanın dövlət başçısı müstəqil siyasət aparır və çalışır ki, Azərbaycan öz məsələlərini müstəqil formada həll etsin. Buna da müəyyən qədər nail olub. Bu da onların xoşuna gəlmir”. Ötən həftə isə Milli Məclisin vitse-spikeri Adil Əliyev “Yeni Müsavat”a müsahibəsində sensasion fikirlər səsləndirib. Vitse-spiker bildirib ki, korrupsioner məmurların hamısını öz ətrafında cəmləşdirən Ramiz Mehdiyev Prezident Administrasiyasından qovulduqdan sonra da rahat dayanmadı. Onun sözlərinə görə, korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək. Sitat: “Daha açıq deyəcəyəm; Azərbaycanda “5-ci kolon”la bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır”. Amma vitse-spiker statusunda bir şəxsin söylədikləri nisbətən səssiz qarşılandı. Bəs, A.Əliyevin bu açıqlamalarının ardınca, hakimiyyət 5-ci kolonun izinə düşəcəkmi? Gündəmdə olan ikinci mövzu isə Qarabağda antiterror əməliyyatıdır. Azərbaycan Ordusu prosesə başlasa, Rusiya qarışarmı? Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics