Videonun müddəti: 40:29 Baxış: 13K Əlavə edilib: 2022.08. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Laçında iki əsgərimiz həlak oldu: hərbi analitiklə CANLI

Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq ediblər. Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ötən sutka ərzində isə erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub. Bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 9 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda Ermənistan müdafiə naziri Suren Papikyan və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında operativ təmas mövcud deyil. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin (MN) sözçüsü Aram Torosyan bildirib. Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb. Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics