Videonun müddəti: 1:11:26
Baxış: 14K
Əlavə edilib: 2022.08.11
Tural Abbaslı ilə CANLI! Azərbaycanlı hərbçilər Zabuxda! Yanlarında da Balasanyan?
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib. Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib. Bu arada, ötən gün Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Bu barədə erməni mediası Qarabağ separatçılarına istinadən xəbər yayıb. Məlumata görə, onları Qarabağın qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan müşayiət edib. “Aravot” qəzetinin yazdığına görə, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Eyni mənbə bildirir ki, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub. Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ Müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin qrupuna daxildir. O əsasən 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. O zaman sual yaranır: azərbaycanlı hərbçilər gerçəkdənmi Xocalı canisi ilə birgə monitorinq aparıblar, yoxsa hələlik bu erməni itindən cari maraqlarımız üçün istifadə qərarı verilib? Belə bir monitorinq hansı zərurətdən doğub? Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics
Mövzular:
rusiya ukrayna müharibəsi
ukrayna müharibə
rusiya ukrayna müharibə
son xeberler
müharibə
putin
xəbərlər bugün
baku
xəbərlər
xeberler
rusiya müharibə
gunun xeberleri
azerbaycan xeberleri
son xəbərlər
sonxəbərlər
donetskdə müharibə
bmt ukrayna
donbasda müharibə
tv musavat
musavat tv
ukraynadan ən son xəbərlər
rusiyaukraynagörüşü
debat
bayden
zelenski
“şənbə xəbər”
fərruxdağı
xocavənd
fərrux
ferrux
odessa
azov