Videonun müddəti: 57:37 Baxış: 6.8K Əlavə edilib: 2022.05.26
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putinin növbəti hədəfi Slovakiyadır? - Pənah Hüseynlə "Canlı debat"

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat **************" “Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib”. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir. “Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, - o qeyd edib. "Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur. Amma Ermənistanın Azərbaycan ərazisindəki Başkənd anklavının hüquqi əsasları var". "AzPolitika.info" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-də parlamentdə “Hökumət saatı”nda deyib. Paşinyan mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə anklavlar məsələsinin müzakirə olunmadığını qeyd edib. Bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası zamanı qaldırılacaq. Baş nazir görüşlə bağlı bəyanatında Bakının sülh sazişi üçün təqdim etdiyi beş prinsip və Ermənistanın buna cavab olaraq açıqladığı altı təkliflə bağlı heç nə deməyib. Amma Paşinyan deyib ki, görüşdə Ermənistanla Azərbaycanın mövqeləri arasında, mahiyyətcə bəlli fikir ayrılıqları qeydə alınıb. “Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan isə hesab edir ki, münaqişə həll edilməyib”, – o vurğulayıb. Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Paşinyan bu elementlərin İrəvan üçün qəbuledilən olduğunu deyib. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib. Bəs, tərəflər razılığa gəlməsələr, danışıqlar necə davam edəcək? Paşinyan bu məsələyə toxunmayıb. Amma dediyinə görə, Qarabağ münaqişəsini Ermənistan-Azərbaycan münasibətlərindən, yaxud sülh sazişindən ayırmağı müzakirəyə çıxarıb. Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət bu məsələni müzakirə edir. Baş nazir özü hansı variantı dəstəklədiyini deməsə də, müxalifətin bu gündəmi gücləndirdiyini qeyd edib. “Biz, həmçinin Qarabağla bu ayrıcda ən yaxşı hansı taktiki yanaşmadan istifadəni müzakirə edirik. Bu məsələ mövcuddur və görürəm ki, müxalifət də bu məsələdən danışır”, – Paşinyan deyib. Baş nazir Brüsseldə erməni əsirlərin qaytarılması məsələsinin də müzakirə olunduğunu deyib. O, Azərbaycanda 39 erməni əsirin olduğunun təsdiqləndiyini vurğulayıb: “Azərbaycan daima əsirlərin, girovların və digər saxlanan şəxslərin qaytarılmasını əlavə şərtlərə bağlamağa çalışır. Belə bir mövqe ilə razı deyilik. Bizim mövqeyimiz bundan ibarətdir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatına uyğun olaraq saxlanan bütün şəxslər – hərbi əsirlər, girovlar qaytarılmalıdır”. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics