Videonun müddəti: 1:11:02 Baxış: 13K Əlavə edilib: 2022.08.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu... - Qabil Hüseynli ilə CANLI

44 günlük Vətən müharibəsilə Qarabağ arzuları puç olan ermənilər indi də İrəvanın Azərbaycanın nəzarətinə keçəcəyindən təlaşa düşüblər. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan həyəcan təbili çalaraq, Bakını dayandırmaq üçün Paşinyan hakimiyyətinin devrilməsinə çağırış edib. Artıq Laçın və Zabuxdan sonra növbədə Ağdərə, Xocalı, Xocavəndin mərkəzi və Əsgəran olmalıdır. Prosesin buna doğru getdiyi bildirilir. Bu gün Laçını tərk edən ermənilər anlayırlar ki, tezliklə Xankəndi, Xocalı və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də onları eyni aqibət gözləyir. Erməni tərəfi artıq dərk edir ki, vaxtı çatanda Xankəndidən də çıxmalı olacaqlar. Deputat Fazil Mustafa ermənilərin Xankəndi şəhərindən çıxanda da eyni əməli törədəcəklərini istisna etmir: “Əsas odur ki, ermənilər Xankəndi şəhərindən çıxsınlar. Eybi yox, qoy, Xankəndini də yandırsınlar. Murdar paltarlarını, evlərini yandırsınlar. Biz oranı təmizləyərik, dezinfeksiya edərik. Təki, bu vəhşilər oradan çıxsınlar. Çünki ermənilər Xankəndindən çıxmasa, ora həmişə barut qoxusu verəcək. Xankəndini də yandırsınlar, amma oradan çıxsınlar. Biz bunu sənədləşdirməliyik ki, dünyaya göstərək”. İran parlamentində təmsil olunan erməni əsilli deputat Robert Beqlaryan isə deyir ki, Mehri-Aqarak yolunda rusların post qurması, sənədləri və maşınları yoxlaması Zəngəzur Dəhlizinin açılışının birinci mərhələsidir. Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan isə Göyçə gölünün sahilində özünə dəbdəbəli villa tikdirir. Bu məlumatı Aravot.am saytı yayıb. Sayt yazır ki, həmin villa “Kapavor” SP şirkətinin direktorlar şurasının sədri Arman Hakobcanyanın tikdirdiyi dəbdəbəli malikanənin yanında yerləşir. Həmin məlumata görə, Arman Akopcanyan Qarabağın keçmiş “şəhərsalma naziri”nin oğludur. “Araik Harutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun mətbuat katibi Lusine Avanesyandan şərh almağa çalışsaq da, nə zənglərə, nə də yazılı sorğulara cavab vermədi”. “Aravot” yazır ki, Harutyunyanın villası Şorja icmasının Draxtik kənd inzibati ərazisində, “Sevan” milli parkına məxsus torpaq sahəsində tikilir. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics