Videonun müddəti: 1:04:07 Baxış: 33K Əlavə edilib: 2022.04. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Üzeyir Cəfərovla “Canlı debat” - Medvedev Rusiyanın qorxunc məqsədini açıqladı

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat “Rusiyanın məqəsədi Lissabondan Vladivastoka qədər açıq Avrasiya qurmaqdır – həmçinin, ukraynalıların özlərinin sakitliyi üçün”. “AzPolitika.info” “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib. Medvedev deyib ki, Rusiya Ukraynanın “denasifikasiyası” və “demilitiarizasiyası”ndan vaz keçmək fikrində deyil: “Bu çətin tapşırıqlar bir anda yerinə yetirilmir və onlar təkcə döyüş meydanında həll olunmur”. O, qeyd edib ki, Ukrayna guya “mental olaraq üçüncü Reyxə çevrilib” və onun da sonu faşist Almaniyasının sonu kimi olacaq. Medvedev deyib ki, Rusiya ukraynalıların düşüncəsində dəyişiklik etmək fikrindədir. Putinin yaxın dostu Ukraynanı yenə hədələyib və onun dövlət, millət kimi mövcudluğunu sual altına alıb: “Dərin ukraynaçılıq böyük bir feykdir, hansı ki, tarixdə heç zaman olmayıb və indi də mövcud deyil”. Göründüyü kimi, bu açıqlamalar bir daha heç bir beynəlxalq hüquqa, müasir sivil beynəlxalq münasibətlərə sığmayan və suveren bir dövləti, xalqı təhdid edən fikir və davranışların birbaşa Kreml tərəfindən formalaşdırıldığını təsdiqləyir. Xatırladaq ki, iki gün öncə “RİA-Novosti” agentliyi eyni tezislər əsasında yazılmış “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı açıq faşizm elementləri olan və Ukrayna xalqına qarşı işğala, cinayətlərə, qətliamlara haqq qazandıran məqalə yayımlamışdı. Həmin məqalə Ukrayna tərəfinin və Qərb siyasətçilərinin etirazı ilə qarşılanıb. Hazırkı mərhələdə Ukraynanın Kiyev vilayəti ətrafında yerləşdirilən Rusiya qüvvələrinin üçdə ikisi Belarusa çəkilərək orada toplaşıb. Bu barədə ABŞ Müdafiə Nazirliyindən yerli mediaya verilən açıqlamada bildirilib. Məlumatda qeyd edilib ki, qalan üçdə bir qüvvənin geri çəkilib-çəkilməyəcəyi məlum deyil. Amma sözügedən qüvvələrin şimala – Rusiyaya doğru hərəkət etdiyi deyilib. Pentaqonun məlumatında Rusiya qüvvələrinin geri çəkilməsinin yenidən qruplaşmaq və Ukraynanın digər bölgələrinə girmək üçün manevr olduğu ehtimalı da vurğulanıb: “Bu mövzuda ən böyük ehtimal bu qüvvələrin Şərq bölgələrinə - Donbasa göndəriləcəyi ilə bağlıdır. Amma hələlik bu yöndə də səfərbərlik görünmür”. Məlumatda rus ordusunun Qara dənizdən Odessadakı neft obyektlərinə raket hücumlarının olduğuna da diqqət çəkilib: “Rusiyanın bu hücumunun səbəbini dəqiq bilmirik. Bu, Odessaya doğru irəliləməyə hazırlıq ola bilər. Eyni zamanda mümkündür ki, bu, ukraynalılara təzyiqdir, onlarda böyük bir əməliyyatın başlayacağı ehtimalını yaratmaq istəyirlər”. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics