Videonun müddəti: 1:07:50 Baxış: 22K Əlavə edilib: 2022.04. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

"Brüsseldə qazandıq, amma..." - Natiq Cəfərli ilə "Canlı debat"

"Görüş çox vacib idi, belə təmasların olması sülh quruculuğu üçün önəmlidir, Azərbaycan tərəfin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin XİN-i daimi çalışan komissiya təsis edəcək, danışıqlar intensivləşəcək". Bu sözləri ReAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib. Onun fikrincə, yekun mətndə Soçi anlaşmasına istinad var, bu da Moskvanın kölnünü almaq üçün yazılıb, aydın məsələdir ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil. Yəni, yaxşı başlanğıcdır, əsl real-politik yanaşmadır, amma indi əsas irəliləyiş atılacaq praktik addımlardan asılıd olacaq, necə deyərlər, sahada müəyyən olunacaq: "Hər iki ölkə provokasiyalardan, əsas da Şimaldan gələn provokasiyalardan çəkinməli, koordinasiyalı addımların atılmasına çalışmalıdır. Dayanıqlı sülh üçün unikal şans yaranıb, bu şansı əldən vermək olmaz". N.Cəfərli həmçinin media qurumlarına da müraciət edib: "Danışıqlar da, görüş də Azərbaycanın üstünlüyü ilə keçir, bunun da əsas səbəbi 44 günlük zəfər, ölkənin qurduğu de-facto, de-jure ittifaqlar, Azərbaycanın indiki durumda geosiyasi və enerji önəminin daha da artmasıdır. Amma, bizim media, “Ermənistanı diz çökdürdük”, “Ermənistan bütün şərtlərimizi qəbul etdi”, “Diplomatiyamızın zəfəri – ermənilər hər sözümüzlə razıladı”, kimi qıcıq doğuran başlıqlar atmasınlar, anlayaq ki, bizdən fərqli olaraq Ermənistanda Azərbaycan mediasını diqqətlə izləyən qruplar var, bizim mediada çıxan “aşağılayıcı” xəbərlərdən Ermənistanda ruspərəst müxalifət Paşinyan və komandasına qarşı istifadə edir. Görünən odur ki, Ermənistanın baş naziri doğrudan da sülh, rifah istəyir, ona mane olmayaq". Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics