Videonun müddəti: 1:07:00 Baxış: 24K Əlavə edilib: 2022.04.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əvəz Zeynallı ilə "Canlı debat" - Paşinyan-Putin görüşü Azərbaycana təhlükə yaratdı?

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat ************** Paşinyanın Moskvada Putinlə görüşü Azərbaycan üçün təhlükə yaradırmı? Sülh prosesini zədələyirmi? Ermənistanın danışıqlarda mövqeyini gücləndirirmi? Putin-Paşinyan görüşü haqda Kremldən yayılan məlumatda bunların heç biri yoxdur. Əksinə, xəbərlər pozitivdir. Hətta üçtərəfli əməkdaşlığın gücləndirilməsi, baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəlinib. 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığı qeyd edilib. Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Görüşlə bağlı Kremlədən yayılan rəsmi sənəddən iki məqamı təqdim edək: Moskva və Yerevan “Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri və üç liderin 9 noyabr 2020-ci il, 11 yanvar tarixli razılaşmalarının icrası çərçivəsində konstruktiv işi davam etdirmək barədə razılığa gəliblər”. Tərəflər “Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd ediblər”. Maraqlıdır ki, görüşlə bağlı Kremldən yayılan sənəddə Minsk Qrupunun həmsədrlik institutunun potensialın və təcrübəsindən yararlanmaq ifadələri var. Rusiya MQ-nu proseslərə qoşmaq istəyir. Artıq Azərbaycandan bəzi politoloqlar bu görüşə sosial şəbəkə üzərindən və peşəkar media vasitəsilə şərh veriblər. Əsas tezis budur ki, Kreml Avropa İttifaqının Qarabağla bağlı apardığı prosesə mane olmaq xətti tutub. Məgər Aİ Qarabağın tamamən azad edilib, Azərbaycana qaytarılması üçün sinəsini yerə sürtür, Rusiya buna qarşı çıxır... Qərbin Qarabağla bağlı rolunu niyə bu qədər qabardırıq, bunun özü də olduqca maraqlıdır. Bu görüşün Azərbaycanda üçün hansı təhlükəsi var? Putinin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini söyləməsi niyə bu qədər rahatsızlıq doğurub ölkəmizdə? Burda qorxulu, Azərbaycan üçün təhlükəli nə var? Bundan 2 ay öncə prezident İlham Əliyev Moskvada səfərdə olub. Putinlə müttəfiqlik sazişi imzalayıb. Hazırda da Rusiya ilə Azərbaycan arasında Qarabağdan tutmuş, digər məsələlərə qədər heç bir sahədə fikir ayrılığı, ziddiyyət yoxdur. O zaman rəngləri tündləşdirmək, Putinin Azərbaycan əleyhinə fəaliyyətə başladığı PR-nı aparmaq nəyə və kimə, kimlərə lazımdır? Biz niyə Rusiyanı özümüzə düşmən etməyə, bizə qarşı açıq şəkildə düşmənçilik etməkdə bu qədər maraqlıyıq? Nədən arının yuvasına çöp uzatmağı sevirik? Qərb Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qaldırsa, Putin Ukraynaya hücumu dayandırarmı? ABŞ-ın, Avropa İttifaqının, Britaniyanın Rusiyaya, Rusiyanın məmurlarına, tanınmış, tanınmamış biznes adamlarına qarşı ağır, öldürücü sanksiyaları əslində həm də buna hesablanıb ki, gələcəkdə Putinlə masaya əyləşəndə Rusiya prezidentinin daha böyük şeylər istəməsnin qarşısını alsınlar, onu sanksiyaların qaldırılması mövzusuna yönəltsinlər. Bu günlərdə yenidən Qərb liderləri Rusiyaya qarşı yeni sanksiya paketinin tətbiqi haqda danışıqlara başlayacaqlar. Putin aman istəmədikcə, Qərb sanksiyaları sərtləşdirir, çoxaldır. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics