Videonun müddəti: 56:24 Baxış: 15K Əlavə edilib: 2022.09.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Prezidentdən son dəqiqə açıqlaması: düş*ən darmadağın olub, bu ərazi boşaldılır - CANLI

Yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Bu barədə sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir. Hazırda Ermənistanın Sünik rayonunun (Zəngəzur) Nerkin And kəndinin təxliyəsinə başlanılıb. Bu barədə kəndin başçısı Xaçatur Baqdasaryan məlumat verib. Məlumatda qeyd olunub ki, kənddən yalnız qadınlar və uşaqlar təxliyə olunur. Paşinyan toqquşmalar zamanı 49 erməni hərbçinin öldüyünü açıqlayıb və bunun son rəqəm olmadığını etiraf edib. “Caliber” nəşri isə öz mənbələrinə istinadən bildirib ki, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib. Onların dəyəri yarım milyard dollardan çoxdur. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi ilə bağlı ciddi ekspert işləri aparılır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Dünən gecə Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı oldu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, orada baş verən ciddi gərginlik müzakirə olundu. Baş verən söhbətə uyğun olaraq hazırda sərhəddə ekspertlər səviyyəsində intensiv iş aparılır. Hələlik daha çox deməyəcəm. Bu işin nəticələri barədə sizə məlumat verəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun sözlərinə görə, ötən gecə ermənilərin komanda-qərargah məntəqələri də göyə sovrulub. Onlar sərhədi keçən kimi hərbçilərimiz bundan xəbər tutublar. Dərhal müəyyən piyada ehtiyatları cəlb olunaraq düşmənin diversiya qrupları məhv edilib. TVMusavat-ın canlı yayınında “Həftə içi”nin qonağı professor Qabil Hüseynli ilə sərhəddə baş verənləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics