Videonun müddəti: 1:06:48 Baxış: 11K Əlavə edilib: 2022.04.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tural Abbaslı ilə "Canlı debat" - Gündəm müzakirəsi

Rusiyanın davamlı atəşi vətəndaşların Mariupoldan çıxarılması üçün razılaşdırılmış humanitar dəhlizlərin açılmayacağı anlamına gəlir. Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk "Telegram"da məlumat paylaşıb. “Donbasda intensiv atəşlər davam edir. Mariupolda ruslar dinc əhalinin Berdyansk istiqamətində çıxışı üçün dəhliz açmaqdan imtina edirlər”, - Vereşçuk bildirib. O, həmçinin əlavə edib ki, Xerson və Xarkov vilayətlərində humanitar dəhlizlərin açılması ilə bağlı çətin danışıqlar aparılır. İrəvanda müəmmalı müzakirələr- ABŞ və Fransa da xüsusi nümayəndə təyin etsə... Ötən həftədən etibarən Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Rusiyanın İrəvandakı səfiri Kopırkinin təyinatla bağlı mövqeyi isə təəccüblü olub. Belə ki, S.Kopırkin telekanallardan birinə müsahibəsində bəyan etdi ki, Rusiya heç vaxt ATƏT-in Minsk Qrupunda iştirakdan imtina etməyib: “Həmişə bu formatda fəal işləyib, lakin bizim qərbli tərəfdaşlarımız öz ambisiyalarına və geosiyasi maraqlarına görə Rusiya ilə əməkdaşlıq etmək istəmirlər. Bunun nəticəsində region ölkələri, xüsusən də Ermənistan əziyyət çəkir. Xarici İşlər Nazirliyimizin rəhbərinin dediyi kimi, problem Rusiya ilə işləməkdən imtina edən Minsk Qrupundakı fransız və amerikalı tərəfdaşlarımızdadır. Burada sualı Rusiyaya ünvanlamaq olmaz. Mən deməzdim ki, Rusiya ATƏT-in Minsk Qrupunun fəaliyyətini şübhə altına alır. Biz həmişə bu formatı dəstəkləmişik, onun üzərində fəal işləmişik, heç vaxt deməmişik ki, ondan imtina edirik. Ermənistanın maraqları ABŞ və Fransanın ambisiyalarına görə zərər görür. Onların ambisiyaları və geosiyasi maraqları ucbatından təhlükəsizliyin gücləndirilməsinə xidmət edən mexanizmlər və beynəlxalq formatlar məhv edilir. Sülh və təhlükəsizliyin, region ölkələrinin, xüsusən də Ermənistanın maraqlarının geosiyasi və digər maraqlara qurban verilməsi təəssüf doğurur”. Bu açıqlamadan belə anlaşılır ki, Minsk Qrupu məhz Ermənistanın maraqlarını prioritet götürüb və bu formatın dayandırılması da məhz Ermənistana ziyan vurub. Bu bəyanatdan həm də o nəticə çıxır ki, Rusiyanın Qarabağ mövzusunda xüsusi nümayəndə təyinatı Qərbin Ermənistana ziyan vuran addımına cavabdır. Deməli, Rusiyanın xüsusi nümayəndəsinin normallaşma prosesində Ermənistanın maraqlarının müdafiəsinə üstünlük verəcəyi bu başdan anons edilir. Səfirin Minsk Qrupunun fəaliyyətinin dayandırmasının məhz Ermənistanın maraqlarına ziyan vurması bəyanatının mənası nədir? Bu açıqlamadan sonra Azərbaycanın Ermənistanla normallaşma prosesində Rusiyanın xüsusi nümayəndəsinə tam etimad göstərməsi ciddi problemə çevrilə bilər. O halda xüsusi nümayəndə təyinatdan belə qənaətə gəlmək olarmı ki, bundan sonrakı normallaşma prosesində Rusiya tək iştirak edəcək? Fransalı və amerikalı həmsədrlərin yalnız İrəvana gəlməsi və müəmmalı müzakirələr arxasında hansı niyyətlər durur? Onlar da xüsusi nümayəndə təyin edə bilərlərmi? Bu təyinatlar Bakı ilə razılaşdırılmalıdırmı? Sülhməramlılar Xankəndidə Araiklə “yeni təhlükəsizlik mexanizmi” qurur... Araik Arutyunyan bildirib ki, Paşinyan hakimiyyəti "artsax"ın təhlükəsizliyinə qarant rolunu oynamaqdan imtina edib: "Ona görə də öz müqəddəratını təyinetmə hüquqlarımız uğrunda özümüz, sona qədər mübarizə aparmaq qərarına gəlmişik". Maraqlıdır ki, Qarabağdakı quldurbaşı Araik Arutyunyan “müdafiə nazirliyində” yüksək rütbəli komanda heyəti ilə görüşüb. Arutyunyan o qondarma toplantıda çox ilginc bir cümlə də işlədib. Sitat: “Artsax prezidenti təhlükəsizlik məsələlərindən danışarkən bir daha bütün müdafiə proqramlarını Artsaxda yerləşən Rusiya sülhməramlı qüvvələrinin funksiyaları ilə əlaqələndirilməli olduğunu vurğulayıb”. Yəni qeyri-qanuni silahlı birləşmələr rusiyalı sülhməramlılarla əl-ələ verib ‘’təhlükəsizliyi’’ təmin edəcəklər. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics