Videonun müddəti: 59:22 Baxış: 16K Əlavə edilib: 2022.04.14
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Üzeyir Cəfərovla “Canlı debat”– Şok iddia - “20-yə yaxın general həbs edilib”

Paşinyanı aradan götürməyə hazırlaşırlar? – Üzeyir Cəfərovla “Canlı debat” Qarabağdakı qondarma icma başçısı Araik Arutyunyan aprelin 12-də erməniu köçmənlərin məskunlaşdığı Ağdərə şəhərinə gəlib. Erməni saytlarının yaydığı məlumata görə, Arutyunyan separatçıların “Mardakert” adlandırdıqları “rayon”un qanunsuz “rəhbərliyi” ilə yığıncaq keçirib. Baş separatçı çıxışında Xocalı rayonunun Fərux kəndi ətrafındakı vəziyyətə toxunaraq qeyd edib ki, guya Azərbaycan tərəfinin geri çəkilməsi ilə bağlı Rusiya sülhməramlı komandanlığı ilə danışıqlar davam edir. Qondarma rejim başçısı bildirib ki, Rusiya sülhməramlı qoşunlarının təminatları və fəaliyyətləri ilə paralel olaraq separatçı "hökumət" "özünün təhlükəsizlik mexanizmlərinin və mülki müdafiə sisteminin təmin edilməsinin səmərəliliyinin yüksəldilməsi" istiqamətində işləri davam etdirəcək. O, Yuxarı Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş rus hərbiçilərinin sayının və hərbi texnikasının sayının artırılmalı olduğunu da vurğulayıb. Görüşdən sonra Araik "rayon"un keşişi Ovanes Ovanesyanın müşayiəti ilə Ağdərədəki kilsəni ziyarət edib. Araikin Ağdərədə iki ağ yalan danışdığı ortadadır. Əvvəla, dövlət başçısı səviyyəsində də qeyd edilib ki, Fərrux dağı Azərbaycanın nəzarətindədir. İkincisi, sülhməramlıların sayının artırılması ilə bağlı Araikin Putinə məktub yazdığı məlumdur. Ancaq bu məsələ, ermənilərin arzusu ilə gerçəkləşmir. Sülhməramlıların sayının artırılması Bakı ilə razılaşdırılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sünik vilayətində Qara göl (Qaragöl gölün Azərbaycanca adıdır - red.) yaxınlığında, eləcə də Qeqarkunik (Basarkeçər) istiqamətində baş verən hadisələrə reaksiyasını uğursuzluq adlandırıb. Parlamentin tribunasından çıxış edən Paşinyan bəyan edib ki, KTMT-də mövcud prosedurlara zidd olaraq, bu struktur problemli ərazilərdə monitorinqlərin aparılması ilə bağlı hələlik qərar qəbul etməyib. Baş nazirə görə, təşkilat ölkə üçün ən təhlükəli məqamda KTMT-nin kənar müşahidəçi mövqeyini tutacağı ilə bağlı Ermənistan cəmiyyətindəki çoxdankı qorxularını təsdiqləmiş olub. “Fakt budur ki, indiyədək KTMT, hətta müşahidəçi statusunda belə, bu vəziyyəti heç bir şəkildə qiymətləndirməyib. Azərbaycan ordusu bu ərazidə olmaqda davam edir”. Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Nikol Paşinyan başda olmaqla sözügedən sərhəd təxribatları ilə Rusiya və KTMT-ni münaqişəyə cəlb etmək istəyirdi. Təsadüfi deyil ki, Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif etmişdi. Qeyd edək ki, SOCIES Ekspert Mərkəzinin bu günlərdə Ermənistanda keçirdiyi sorğuya görə, respondentlərin 69,7%-i rəsmi İrəvanın Moskva ilə münasibətləri məhdudlaşdırmalı olduğunu hesab edir. Erməni ictimaiyyətində NATO blokunun nüfuzu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nüfuzunu üstələyir. Belə ki, respondentlərin 34,1% hesab edir ki, Ermənistan NATO-ya daxil olmalı və məhz bu təşkilat ölkənin təhlükəsizliyini təmin etməlidir. Respondentlərin 29,1%-i isə KTMT-yə səs verib. Ermənistanda fəal qərbyönlü əhval-ruhiyyənin olduğunu inkar etmək olmaz. Hər dəfə Rusiya üçün problemlər yarananda Ermənistan ictimaiyyətinin bir hissəsi Rusiya və KTMT-dən daha çox uzaqlaşmağa, Qərbə istiqamətlənməyə çalışır. Yeri gəlmişkən, Paşinyan hələ müxalifətdə olduğu illərdə Rusiyanın təşəbbüsü ilə yaranan təşkilatlara Ermənistanın üzv olmasına qarşı çıxıb. Elə 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliklərindən sonra KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs edilməsi də bunu göstərirdi. Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına qarşı etiraz aksiyaları da həmin vaxtlarda reallaşıb. Bəzi ekspertlərə görə, həm son sorğu, həm baş nazirin parlamentdə KTMT-yə qarşı açıq ittihamları təsadüfə oxşamır. Belə görünür ki, Paşinyan Ermənistanda ictimai rəyi Rusiyaya, KTMT-yə üzvlükdən çıxmağa hazırlayır. Başqa sözlə, o, erməni cəmiyyətinə “Rusiya və KTMT bizi Azərbaycandan qorumur” ismarışını verməyə çalışır. Paşinyan bu ərəfədə Azərbaycana münasibətdə pozitiv addımlar atdığı üçün ona qarşı hər hansı sui-qəsd ola bilərmi? Ya Rusiya, ya da daxildəki müxalifəti onu zərərsizləşdirmək üçün hansı addımlar ata bilərmi? Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics