Videonun müddəti: 1:05:11 Baxış: 13K Əlavə edilib: 2022.05.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukraynada döyüşən polkovnik Elxan Nuriyev Kiyevdən "Canlı debat"da

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat **************" “Bu ilin sonunadək minimum Krım ərazisinə daxil olmalıyıq”. “Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ölkəsinin “Pravda” nəşrinə müsahibəsində söyləyib. “Müharibənin aktiv fazası ilin sonunadək maksimal düşüşə keçməlidir. Rusiyanın normal müharibə aparmaq üçün 12 aylıq resursu var”, - o deyib. K.Budanov bildirib ki, bu müharibə Krım yarımadası da daxil olmaqla işğal altındakı bütün ərazilərin azad olunması ilə nəticələnəcək. Kəşfiyyat rəisi müharibənin Rusiya üçün iki ssenari üzrə bitəcəyini irəli sürüb: “Birincisi, Rusiyanın ərazi bütövlüyü formal saxlanması ilə ölkədəki siyasi rəhbərliyin dəyişməsi. Yenə də qeyd edirəm - formal. Bu variantla hamı şəxsən Putini və onun yaxın çevrəsini günahlandıracaq və Rusiyanın bununla heç bir əlaqəsi olmadığını deyəcək. Onlar qoşunlarını dünyanın bütün işğal olunmuş ərazilərindən çıxaracaqlar. İşğal olunmuş ərazilər prinsipcə mənsub olduqları ölkələrə - Gürcüstana, Yaponiyaya, Almaniyaya və s. qayıdacaq. Rusiya sivil dövlət kimi fəaliyyətini bərpa etməyə başlayacaq. Belə deyək, yenidən başlayacaq. Bu, müəyyən müddət işləyəcək. Gələcəyi isə bizə yalnız tarix göstərəcək”. Rusiya Ukraynanın 20 %-ni işğal edib, 13 milyard dollarlıq hərbi texnikasını itirib Rusiyanın Ukraynada işğal etdiyi ərazilər ölkənin 20 %-ni təşkil edir. Hesablamanı “Forbes” nəşri aparıb. Nəşrin məlumatına görə, hazırda Ukrayna təqribən 125 min kvadrat kilometr ərazisi Rusiya işğalı altındadır. Bunlar Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye vilayətlərinin hissələri və Krım yarımadasıdır. Bildirilib ki, fevralın 23-dək zəbt edilmiş ərazilər ölkənin 7 %-ni təşkil edirdi. Eyni zamanda nəşr Rusiyanın hərbi texnika itkilərini də hesablayıb - 13 milyard dollar. Bunlardan 6 milyard dollar təyyarə və helikopter, 4 milyard dollar tank və zirehli döyüş maşını, 1 milyard dollar gəmi və katerlər, 2 milyard digər texnikalar olub. Vurğulanıb ki, Rusiya qüvvələrinin itirdiyi ən bahalı texnikalar “Moskva” kreyseri (750 milyon dollar), "İl-76" təyyarəsi (86 milyon dollar) və “Saratov” desant gəmisi (75 milyon dollar) olub. Qeyd edək ki, Ukraynanın sahəsi 603 548 kvadratkilometrdir. Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib. Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics