Videonun müddəti: 1:12:19 Baxış: 11K Əlavə edilib: 2022.04. 8
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Brüssel görüşü müxalifətin gözündə! Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”

Aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası rəhbərlərinin üçlü görüşündən sonra verilən Brüssel bəyanatında nə “Dağlıq Qarabağ, nə də “ATƏT-in Minsk Qrupu” ifadələri yer aldı. Hansı ifadələrdən ki, İrəvan rəsmiləri “status” məsələsini gündəmə qaytarmaq üçün dəridən-qabıqdan çıxırdılar. Ermənistan hətta Azərbaycanla sülh danışıqlarının da MQ formatında aparılmasına cəhdlər göstərirdi və bundan ötrü həmsədrlərə rəsmən müraciət də eləmişdi. Ancaq məlum oldu ki, ən azı, Avropa Birliyi Bakının mövqeyini bölüşür. Artıq Azərbaycan prezidenti İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni bir format – Brüssel sülh gündəliyi yaranıb. Bu, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni bir mexanizmdir. Məlumdur ki, bu formatda ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Düzdür, ABŞ və Fransa, bu ölkələrin İrəvandakı səfirləri vaxtaşırı Minsk Qrupunun adını çəkir, konfliktin guya həll edilmədiyi haqda fikirlər səsləndirirlər. Bəs son Brüssel danışıqları və onların yekunu nəhayət, Vaşinqton və Parisi də eyni mövqeyə kökləyəcəkmi? O anlamda ki, artıq “status” qatarı gedib və Minsk Qrupunu buraxmaq zamandır? Brüsseldən Moskvaya - Paşinyan Putinlə görüşə nə ilə gedir? Ermənistan baş naziri Nikol Paşinyan gələn həftə (aprelin 2-ci on günlüyündə) Rusiyaya səfərə gedəcək. Bu haqda öncədən anons edilib. Səfər Brüsseldə Əliyev-Paşinyan görüşündən az sonraya təsadüf edəcək. Bu gün – aprelin 8-də isə Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Rusiyaya, “xalça üzərinə” çağırılıb. Belə görünür Brüsseldə liderlər arasında baş tutmuş üçlü görüşün yekunları ilə bağlı ondan izahat istəniləcək. Moskva Avropa Birliyi tərəfindən startı verilmiş sülh danışıqlarına təkan verəcəkmi, yoxsa əngəl olacaq? Bəs Nikol Paşinyan Putinlə görüşə hansı “baqajla” gedir? Rusiya və Ermənistan arasında da Bakı ilə Moskva arasında fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinə bənzər hansısa sənədin imzalanması gözləniləndirmi? Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics