Videonun müddəti: 1:19:27 Baxış: 19K Əlavə edilib: 2022.05.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Əvəz Zeynallı ilə “Canlı debat” - Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat ************** Rusiya Ermənistanın “daxili işlərinə” gerçəkdənmi qarışmır? Rusiya Ermənistanda baş verən etirazları İrəvanın daxili işi adlandırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib. O, Rusiyanın Ermənistanın sabitliyində və dinc inkişafında maraqlı olduğunu və bütün mübahisəli məsələlərin dialoq müstəvisində həll edilməli olduğunu vurğulayıb: "Rusiya, əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək". Rusiya Xarici İşlər Nazirliyi, həmçinin, erməni siyasətçiləri ilk növbədə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi, həmçinin İrəvanla Bakı arasında sülh sazişinin bağlanması vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal yardım etməyə çağırıb. Çox maraqlıdır ki, Ermənistandakı etirazçılar hədəf kimi yalnız Paşinyanı seçiblər və onun istefasını tələb edirlər. Bunu da Paşinyanın Qarabağla bağlı siyasətinin yarıtmaz olması ilə əsaslandırırlar. Maraqlıdır ki, Ermənistan müxalifəti etiraz aksiyalarında bu xüsusda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədlərlə bağlı heç bir mövqe ortaya qoymur. Halbuki müharibədən sonrakı aylarda keçirilən anti-hakimiyyət aksiyalarında narazıların əsas tələbi 10 noyabr razılaşması idi və bu sənədi “təslimçilik aktı” kimi qiymətləndirirdilər. Belə iddia da səslənərdi ki, Paşinyan bu anlaşmanı parlamentlə razılaşdırmadığı üçün onun hüquqi qüvvəsi yoxdur və sairə... Müxalifətin son aksiyalarında Moskvanın barmağı olduğu haqda rəylərin fonunda nümayişçilərin indi 10 noyabr razılaşmasını yada salmaması, yalnız Paşinyanın istefasını tələb etməsi haqlı suallar yaradır. Ermənistanda, əsas da paytaxtda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən davamlı aksiyalarda iki siyasətçi önə çıxıb: İşxan Saqatelyan və Artur Vanetsyan. Aprelin ortalarında başlayan aksiyalar mayın 1-dən geniş vüsət alıb. Əsas təşkilatçılar parlamentdəki Ermənistan və “Qürurluyam” bloklarıdır. Onlar Azərbaycanla sülhün və Türkiyə ilə münasibətlər qurulmasının əleyhinədir. İşxan Saqatelyan ikinci prezident Robert Köçəryana bağlı şəxslərin, Daşnaksütun və Dirçələn Ermənistan partiyalarını birləşdirən Ermənistan blokunun təmsilçisidir. Artur Vanetsyan “Qürurluyam” blokundandır. Blokda onun Vətən Partiyası ilə üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası birləşib. Onların “patron”larının Rusiya ilə bağlılığı şübhə doğurmur. O halda, Rusiya Ermənistanın “daxili işlərinə” gerçəkdənmi qarışmır? Rusiyanın “daxili işərinə qarışmırıq” bəyanatı Paşinyanın müdafiə edilmədiyi mesajıdırmı? Köçəryan və Sərkisyan niyə adamlarını aksiyaların “lider”i edirlər? “Ukrayna xalqı üçün Rusiya ilə müharibə yalnız özümüzə məxsus olan hər şeyi geri alanda bitəcək. Ukrayna öz torpağına sülhü qaytarmağa çalışır və bizə əlavə heç nə lazım deyil”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri qarşısında onlayn çıxışı zamanı deyib. "Müharibə Ukrayna xalqı üçün yalnız özümüzə məxsus olanı qaytaranda bitəcək.Bu, həqiqətdir. Açığını deyirəm: bizə başqa heç nə lazım deyil... Biz öz dövlətimizə, torpağımıza sülh qaytarmaq istəyirik. Rusiya bizim bütün hüquqlarımızı işğal etdi: torpağa olan hüququmuzu, seçim və nəhayət yaşamaq hüququmuzu”, - deyə Zelenski bildirib. Onun sözlərinə görə, indi Ukrayna yaşamaq hüququ uğrunda mübarizə aparır və eyni zamanda ən yaxşı ukraynalıları itirir. Dövlət başçısı izah edib ki, Rusiya ilə səmərəli danışıqlar o zaman mümkündür ki, Rusiya öz qərarlarının fəlakətli xarakterini tanısın və törətdiyi cinayətlərə görə ədalətli cəzanı çəkməyə hazır olsun. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.comAndroid smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics