Videonun müddəti: 49:24 Baxış: 6.9K Əlavə edilib: 2022.08.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Şoyqu təcili erməni naziri çağırdı, Qarabağdan nələr danışıldı? – Elşad Musayevlə CANLI

Ermənistan Fövqəladə Hallar Nazirliyinə Zvartnos beynəlxalq aeroportuna bomba qoyulması barədə məlumat daxil olub. Bu barədə nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib. Onun sözlərinə görə, məlumat FHN-ə elektron poçt vasitəsilə göndərilib. Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. Nazirlik rəsmisi qeyd edib ki, insanların hava limanından təxliyəsi planlaşdırılmır. Xatırladaq ki, bu gün səhər saatlarında İrəvan metrosunun stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı. Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyqu ilə beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransı çərçivəsində danışıqlar aparıb. Məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb. “Bizim hərbi-texniki və hərbi əməkdaşlıqla bağlı müzakirə edəcəyimiz ənənəvi məsələlər var. Və təbii ki, Dağlıq Qarabağda tapşırıqları yerinə yetirən sülhməramlı kontingentimizin fəaliyyəti də bura daxildir. Biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir”, - Rusiya hərbi idarəsinin rəhbəri danışıqlar zamanı bildirib. Şoyqu həmçinin Ermənistandan olan həmkarına Beynəlxalq Ordu Oyunlarının və Ordu-2022 Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında, eləcə də Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransındakı iştirakına görə təşəkkür edib. Öz növbəsində, Papikyan qeyd edib ki, onlar ilin əvvəlindən bəri ikinci dəfədir görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir. "Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk", - Ermənistanın müdafiə naziri bildirib. Facebook səhifəsinin ünvanı: https://www.facebook.com/tvmusavat Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Musavat.com Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics