Videonun müddəti: 45:10
Baxış: 4.3K
Əlavə edilib: 2022.08.22
Xankəndidə yeni hərəkat yaradıldı, Sus tam boşaldıldı: sentyabrın 2-dən... - CANLI
Qarabağdakı separatçılar “Artsaxın Müdafiəsi Uğrunda” hərəkat yaradıblar. Hərəkatın rəhbəri Davit Qalstyandır. O bildirib ki, məqsədləri “ümumerməni hərəkatı” yaratmaq və Qarabağı “qorumaq”dır. “Hərəkat”ın rəsmi olaraq sentyabrın 2-dən, yəni qondarma “dqr”ın yaranma günü fəaliyyətə başlayacağı deyilir. Bu arada, yanğınsöndürənlərimiz Laçına göndərilib. Sülhməramlılar erməni təxribatının qarşısını ala bilmirsə, yaxud almaq istəmirsə, Bakı müdaxilə etməli idi. Laçının Azərbaycan olmasına günlər qaldı... Tezliklə Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonun Sus kəndini artıq bütün 12 erməni ailəsi tərk edib, orada yalnız 1 sakin qalıb, o da yaxın günlərdə kəndi tərk edəcək. Sus kəndindəki erməni icmasının rəhbəri Mxitar Nersisyan Ermənistan KİV-nə müsahibəsində bildirib. “Müharibədən sonra kənddə 12 ailə yaşayırdı. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə ediblər, yalnız 1 ailə Qarabağa köçmək istəyib. Kənddə işıq yoxdur, telefon əlaqəsi kəsilib, hər şey sökülüb”. İcma başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar: "Qəbirlərimizi sökdük ki, türklərə qalmasın". “2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Zabux və Laçın şəhərindəki icmalar yerində qalacaq, lakin hadisələr başqa cür inkişaf etdi. Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağıq (?), torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, - deyə Mxitar Nersisyan həyasızcasına qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını özlərininki hesab etdiklərini söyləyib. O qeyd edib ki, kəndi tərk edənlər əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər, onları sökməyə çalışıblar. Avqustun 20-də Moskva vilayətində ictimai xadim, filosof və avrasiyaçı Aleksandr Duqinin qızı jurnalist-politoloq Daria Duqina avtoqəzada həlak olub. Rusiya mətbuatının məlumatına görə, maşında Duqinin özü də olmalı imiş, amma son anda o, başqa maşına minib və Darianın arxasınca gəlib. Bu səbəblə partlayışın terror aktı olduğu iddia edilir. Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiya irəli sürülüb. Daha sonra isə istintaq avtomobilə 400 qrama yaxın trotil qoyulduğunu müəyyən edib. Bu kifayət qədər ciddi miqdardır. Bəs ata Duqin niyə qızı ilə eyni maşında getməyib? Nədənsə şübhələnib, yoxsa? Xatırladaq ki, Qərbdə Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan, “rus dünyası”nın əsas ideoloqu hesab edirlər. Bəzi iddialar görə, onun Türkiyə Prezidenti Ərdoğanın yaxın ətrafı ilə yaxşı münasibətləri var və o, Rusiyanın Türkiyə ilə yaxınlaşması, strateji müttəfiq olması xəttinin əsas ideoloqlarından biridir. 30 yaşlı Daria Duqina “United World International”ın baş redaktoru idi. Atası kimi Ukraynaya müdaxilənin qızğın tərəfdarlarından biri sayılır. O və atası Böyük Britaniyanın sanksiyalar siyahısında yer alırlar. Lakin Daria həm də 44 günlük savaşda Azərbaycanın haqq işini müdafiə edən azsaylı Rusiya jurnalistlərindən idi - belə bir maraqlı detal da var. Duqin özü də Azərbaycanla bağlı pozitiv açıqlamaların müəəıifidir. O, lap başından bəri Qarabağ münaqişəsində Azərbaycanı haqlı sayır və işğaldakı ərazilərin geri qaytarılmasını tövsiyyə edirdi. Bu baxımdan, bu terrorda erməni izi axtaranlar da var. Bildirilir ki, A.Duqin hadisədən sonra xəstəxanaya yerləşdirilib. Rus millətçiləri cinayətdə dərhal “Ukrayna izi” axtarmağa başlayıblar. Ancaq Ukrayna Putinin qeyri-rəsmi ideoloqunun ölümü ilə nə qazanacaqdı ki? Artıq Ukrayna rəsmən bu hadisədə əli və marağı olmadığını bəyan edib. Olaya A.Duqinin ideoloji rəqiblərinin, hakimiyyət uğrunda mübarizə aparan qrupların mübarizəsinin təzahürü kimi baxanlar da var. Olmaya Kremldə saraydaxili mübarizə başlayıb? TVMusavat-ın canlı efirində “Həftə içi” verilişinin qonağı hərbi analitik Azad İsazadə ilə bölgədəki hadisələri, Duqinanın qətlini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics
Mövzular:
rusiya ukrayna müharibəsi
ukrayna müharibə
rusiya ukrayna müharibə
son xeberler
müharibə
putin
xəbərlər bugün
baku
xəbərlər
xeberler
rusiya müharibə
gunun xeberleri
azerbaycan xeberleri
son xəbərlər
sonxəbərlər
donetskdə müharibə
bmt ukrayna
donbasda müharibə
tv musavat
musavat tv
ukraynadan ən son xəbərlər
debat
bayden
zelenski
“şənbə xəbər”
fərruxdağı
xocavənd
fərrux
ferrux
odessa
azov
qisasəməliyyatı
qırxqız
sarıbaba
elxanşahinoğlu